
Gənclər və idman naziri Fərid Qayıbov Qəbələdə səfərdədir.
"AVESTA.AZ"un bölgəyə ezam olunmuş əməkdaşının məlumatına görə, nazir "Qəbələ" və Kiprin "Omoniya" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa baxacaq.
O, "qırmızı-qaralar"ın prezidenti Fariz Nəcəfovla birlikdə tribunada əyləşib.
Qeyd edək ki, Qəbələ şəhər stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.