1-08-2023, 13:25 496

“Azərbaycan dili qalib xalqın, qalib dövlətin dilidir” - RƏY

"Azərbaycan dili qalib xalqın, qalib dövlətin dilidir".

Bunu "AVESTA.AZ"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, türk dilləri ailəsində xüsusi müstəqil mövqeyə malik olan Azərbaycan dili 70 illik Sovet rejimi dövründəki maneələrə rəğmən öz mövcudluğunu qoruyub saxlayıb: "Çünki bütün təhlükələrin, mümkün risklərin qarşısı vaxtında alınırdı. Ulu öndər Heydər Əliyev deyirdi ki, xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Biz hər addımda bu kəlamın əhəmiyyətini, vacibliyini hiss edirik. Ümummilli Liderin Azərbaycan dilinin qorunması istiqamətində atdığı addımlar həm də milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına xidmət edirdi".

"Təsadüfi deyil ki, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmamasına etiraz edən Ulu Öndər bu məsələdə sona qədər prinsipiallıq nümayiş etdirdi. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alındı. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirirdi. Məhz bu tarixi qərar sayəsində dilimizin inkişafına nail olundu. Ulu öndərin də söylədiyi kimi, iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə olan bir dildir. Müstəqillik dövründə isə bu istiqamətdə daha fundamental və strateji qərarlar verildi. 1995-ci ildə Azərbaycan Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülürdü. Ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb",- deputat xatırladıb.

Könül Nurullayeva
Könül Nurullayeva

Milli Məclisin üzvü qeyd edib ki, hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir: "Bu əlamətdar gün də Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Qloballaşmanın bütün dillərə təsir etdiyi bir vaxtda ölkəmizdə intensiv şəkildə həyata keçirilən tədbirlər Azərbaycan dilini bütün mümkün mənfi təsirlərdən qorumaqdadır. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilir".

O, bildirib ki, bu gün də Azərbaycan dili öz saflığını qoruyur, daha da zənginləşir: "Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində tətbiqi mümkün olub. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda da müasir dövrün tələbləri və reallıqları nəzərə alınır. Bu proqram ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir".

K.Nurullayeva vurğulayıb ki, 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dili qalib xalqın, qalib dövlətin dilidir: "Dünyada 50 milyondan çox insanın ana dili olan Azərbaycan dilini qorumaq, onu orijinal üslubda gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının vəzifəsidir".

Paylaş

Xəbər lenti

Keçmiş riyaziyyat müəlliməsi 100 minini geri istəyir: "Yanımda ustalara zəng edirdi" Bu gün, 16:48 Mahir Emreli: "Yayda verəcəyim qərar karyeramda ən vaciblərdən biri olacaq" Bu gün, 16:48 Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib Bu gün, 16:48 Qəbul imtahanlarında abituriyentlərə GİZLİ CİHAZLARLA "kömək edən" şəxslərə hökm oxundu Bu gün, 16:48 Prezident: Kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır Bu gün, 16:48 İlham Əliyev: Bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 %-dir Bu gün, 16:48 Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır Bu gün, 16:48 Birbank və "Bir Kredit" BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin Bu gün, 16:48 Prezident: Anbarlarda yığılan su imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın Bu gün, 16:48 Bakıda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq Bu gün, 16:48 Prezidentdən soyuducu anbarlarla bağlı TAPŞIRIQ Bu gün, 16:48 Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə TƏYİN EDİLDİ Bu gün, 16:48 TƏBİB: WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib Bu gün, 15:48 Bakıda 3 ünvanda minib-düşmə yeri yaradılıb Bu gün, 15:48 Serenay Sarıkaya sərbəst buraxıldı Bu gün, 15:48 Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub Bu gün, 15:48 "Haber Global": Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə qardaşlıq mesajı Bu gün, 15:48 Bakı-Tbilisi qatarı ilə səyahət edəcəklərin NƏZƏRİNƏ Bu gün, 15:48 İlk köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb, açarlar təqdim olunub Bu gün, 15:48 "Şıncou-23" kosmik gəmisi "Tienqonq" stansiyasına çatıb Bu gün, 15:48 Tanımadığınız şəxslərin telefonunun ekranına BAXMAYIN - ETX məlumat yaydı Bu gün, 15:48 İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi başlayacaq Bu gün, 15:48 Bayramda metrodan istifadə etmək istəyənlərin NƏZƏRİNƏ Bu gün, 15:48 Rusiya Baltikyanı ölkələrlə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edəcək Bu gün, 14:48 Pakistanda ağır yol qəzası: 17 ölü Bu gün, 14:48 Mərkəzi Bankda YENİ TƏYİNAT Bu gün, 14:48 Fransada nazir qanuni miqrasiyanın 3 il dayandırılmasını təklif etdi Bu gün, 14:48 Biləsuvarda kəndi su basdı: "Elə bildik ki, dünyanın axırıdır" Bu gün, 14:48 Gürcüstan Azərbaycanla sərhəd zonasında yeni milli park yaradır Bu gün, 14:48 İranda faciəli şəkildə həlak olan baş konsulla Göyçayda vida mərasimi keçirildi Bu gün, 14:48 "İdrak" liseyində müəllimini silahla vuran şagirdin İTTİHAMI AĞIRLAŞDIRILDI Bu gün, 14:48 35 yaşlı müğənni qəfil vəfat etdi Bu gün, 14:48 Nazir müavini: Süni intellekt dövründə dil müxtəlif təzyiq və təhlükələrlə üz-üzədir Bu gün, 14:48 İlk köç karvanı Şuşanın Böyük Qaladərəsi kəndinə çatıb Bu gün, 14:48 "Eurohome" tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb Bu gün, 14:48 ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün işləməyəcək Bu gün, 13:48 Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit c virusuna yoluxub - İTTİHAM AKTI Bu gün, 13:48 Əfran İsmayılov vəzifəsindən ayrıldı Bu gün, 13:48 "Azpetrol" şirkətinə məxsus 1 Hotel və 8 Motel xidmətinizdədir! Bu gün, 13:48 İranda faciəli şəkildə həlak olan baş konsulun cənazəsi Azərbaycana gətirildi Bu gün, 13:48 Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik Bu gün, 13:48 Möhtəşəm alyans: Kriştiano Ronaldo "Dreame Technology"nin yeni Qlobal səfiridir Bu gün, 13:48 İyun ayının qeyri-iş günləri AÇIQLANDI Bu gün, 13:48 Nigeriyada terrorçuların girov götürdüyü 92 nəfər xilas edildi Bu gün, 13:48 İsa Həbibbəyli: Azərbaycan dilinin saflığının qorunması nitq mədəniyyəti ilə bağlıdır Bu gün, 13:48 23 yaşlı qadında həkimləri də təəccübləndirən xəstəlik aşkarlanıb Bu gün, 13:48 Biləsuvarda 25 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR