2-08-2023, 20:09 678

Dövlət Komitəsində bir qrup əcnəbi jurnalist və media eksperti ilə görüş keçirilib

Avqustun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ-da fəaliyyət göstərən, BMT-nin Baş Qərargahında akkreditə olunmuş bir qrup jurnalist və media eksperti ilə görüşüb.

Komitədən "AVESTA.AZ"a bildirilib ki, qonaqlara ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının səbəbləri, Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, öz yurdundan didərgin düşən bir milyondan çox azərbaycanlının üzləşdiyi məhrumiyyətlər onların sosial müdafiəsinin təşkili və dövlət komitəsinin fəaliyyət istiqamətləri, həmçinin 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, Böyük Qayıdışla bağlı görülən işlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, onların problemlərinin həllini Prezident İlham Əliyev sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məcburi köçkünlərlə bağlı bütün məsələlərə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət göstərir.

Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə geri dönüşünə nail olmaq üçün məqsədyönlü iş aparılır. Böyük Qayıdış prosesi getdikcə genişlənir, işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin dayanıqlı məskunlaşması, məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər görülür. Zəngilan rayonda “ağıllı kənd” konsepsiyası əsasında yeni salınmış Ağalı kəndinə indiyədək artıq 86 ailə (420 nəfər), Tərtər rayonunun Talış kəndinə 20 ailə (94 nəfər), Laçın şəhərinə 180 ailə (700 nəfər) köçürülüb.

Qonaqlara komitənin beynəlxalq təşkilatlarla əlaqələri, birgə həyata keçirilən layihələr barədə də məlumat verilib.

Sonra Dövlət Komitəsinin sədri və məsul əməkdaşları jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Əcnəbi media nümayəndələrinin ölkəmizə səfərinin təşəbbüsçüsü, ABŞ-ın Yel Univeristetində təhsilini davam etdirən, “AVESTA.AZ” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan jurnalist Vüsalə Abbasova səmimi qəbula görə minnətdarlıq bildirib. O, səfərin məqsədinin ermənilərin tarixi torpaqlarımızda törətdiyi vəhşiliklər, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, həmçinin post-müharibə dövründə regiondakı vəziyyətə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduğunu deyib. Nümayəndə heyətinin Füzuli və Zəngilan rayonlarına səfər etdikləri, həm işğal dövründə törədilmiş dağıntılar, həm də hazırda aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olduqları qeyd edilib.

Nümayəndə heyətinə “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın tanınmış media qurumlarının (Fox TV, CNN, Al Jazeera) hərbi müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının nüfuzlu televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach AVESTA.AZ”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildirlər.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Bu gün, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Bu gün, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Bu gün, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Bu gün, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Bu gün, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Bu gün, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Bu gün, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Bu gün, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Bu gün, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Bu gün, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Bu gün, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Bu gün, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Bu gün, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR