
Xaçmaz rayonunda gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.
“AVESTA.AZ”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1996-cı il təvəllüdlü Manafov Vadim Ucabəy oğlu rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır .
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.