
Hazırda Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) əsas məqsədi iki ölkənin müştərək sərmayələri ilə yaradılacaq qurumların 3-cü ölkələrə ixracına şərait yaratmaqdır.
Bunu “AVESTA.AZ”a müsahibəsində ATİB-in İdarə Heyətinin sədri Cemal Yanqın bildirib.
“2023-cü ildə bu istiqamətdə aparılan işlərin nəticəsini görəcəyik və bu istiqamətdə fəaliyyətimizi daha səmərəli quracağıq”, - deyə o qeyd edib.
Sədr əsas missiyasının Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafına töhfə vermək olduğunu da diqqətə çatdırıb.
Cemal Yanqınla müsahibəni buradan oxuya bilərsiniz.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.