3-08-2023, 12:30 748

Cemal Yanqın: “Qarabağda nəqliyyat-logistika üzrə birgə layihələr reallaşdırmaq olar”

Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər dostluq və qardaşlıq əlaqələrinə uyğun müsbət templə davam edir. İki ölkə arasında ticarət dövriyyəsində davamlı artım müşahidə olunur, əməkdaşlıq əlaqələri genişlənir. Əldə olunan bir sıra razılaşmalar regionun enerji təhlükəsizliyində mühüm amil kimi dəyərləndirilir. Həmçinin qeyri-neft-qaz sektorunda da əlaqələr inkişaf etməkdədir. Qarşılıqlı investisiyaların artması və birgə layihələrin həyata keçirilməsi bu istiqamətdə mühüm rol oynayır. Hər iki ölkə birgə strateji münasibətləri gücləndirmək və gələcəkdə də bu münasibətlərin dərinləşməsi üçün işlər görür.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqın “Report”a müsahibəsində ATİB-in Azərbaycandakı fəaliyyəti, türkiyəli iş adamlarının ölkəmizdə investisiya mühitinə marağı barədə danışıb:

- Azərbaycandakı biznes mühitini necə dəyərləndirirsiniz?

- Hər hansı ölkəyə sərmayə qoymazdan əvvəl ilk olaraq o ölkənin investisiya imkanları, müvafiq qanunvericiliyi dərindən araşdırılmalı və öyrənilməlidir. Azərbaycan iqtisadiyyatının inkişafında neft və təbii qaz ehtiyatları böyük rol oynasa da, kənd təsərrüfatından turizmə, logistikadan tikintiyə və digər sahələrə böyük investisiya imkanları mövcuddur. Bu ölkənin coğrafi mövqeyi, logistik imkanları və tarixi əlaqələri sayəsində burada istehsal olunan məhsullar Rusiya və Mərkəzi Asiya bazarlarına daha asan çıxış əldə edə bilir. Son illər Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində olan xüsusi iqtisadi zonalarda və sənaye zonalarında xarici investorlara güzəştlər təklif olunur. Lakin bütün keçmiş sovet ölkələrində müstəqilliyin nisbətən yeni olması və institusional proseslərin tam başa çatmaması səbəbindən investisiya prosesində bəzi problemlərin yaranması mümkündür. Bütün bunları nəzərə alaraq, Türkiyədəki sərmayədarlar Azərbaycana investisiya qoymazdan əvvəl həm imkanları, həm də riskləri dərindən araşdırmalıdırlar. Yazılı qanunvericilikdən əlavə, bunların Azərbaycanda tətbiqi ilə bağlı vəziyyəti də bilmək lazımdır.

- Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətləri necə qiymətləndirirsiniz?

- Xarici ticarətdə Azərbaycanın İtaliyadan sonra ikinci ən böyük ticarət tərəfdaşı Türkiyədir. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri təqribən 5 milyard ABŞ dollarıdır. Türkiyənin Azərbaycana ixracının dəyəri 2,3 milyard ABŞ dolları, Azərbaycandan idxalının dəyəri isə 2,7 milyard ABŞ dolları təşkil edir. Azərbaycandan idxalın mühüm hissəsini neft və təbii qaz təşkil edir. İki ölkə arasında xarici ticarət qeyri-neft sektorunda da şaxələndirilməli, xarici ticarətin 15 milyard ABŞ dollarına çatdırılması hədəfi reallaşdırılmalıdır. Bu istiqamətdə 2020-ci il fevral 25-də Bakı şəhərində imzalanmış və 2021-ci il martın 1-dən qüvvəyə minmiş Preferensial Ticarət Sazişinin də əhatə dairəsi genişləndirilməlidir. Hazırkı formada Preferensial Ticarət Sazişi bəzi kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı zamanı gömrük rüsumlarının qarşılıqlı azaldılmasını əhatə edir. Bu əlaqələrin daha da inkişafı üçün dövlətlərlə yanaşı, iş adamlarının da vəzifə və öhdəlikləri var. Biz həmişə bu missiyanın əhəmiyyətini dərk edərək hərəkət etmişik.

- Türkiyə şirkətləri Qarabağa investisiya yatırmaqda maraqlıdırmı?

- 30 ilə yaxın müddətdən sonra Türkiyənin mənəvi dəstəyi ilə Qarabağ Azərbaycan ordusu tərəfindən Ermənistanın işğalından azad edilib. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövləti hərtərəfli bərpa və yenidənqurma işlərinə start verib. Xüsusən də infrastruktur işləri - yol, körpü, tunel, elektrik stansiyası və digər işlər geniş vüsət alıb. Qarabağda aparılan abadlıq işlərində Türkiyə şirkətləri də fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda qazanılan şanlı zəfərdən sonra bu ərazilərdə reallaşdırılan layihələrdə Türkiyə şirkətlərinə üstünlük veriləcəyini açıq şəkildə bəyan etmişdi. Bölgədə əsas problemlərdən biri torpaqların minalardan təmizlənməsi prosesidir ki, bu prosesdə də Türkiyə Azərbaycana hərtərəfli texniki dəstək göstərir. İnanıram ki, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi başa çatdıqdan sonra Türkiyə şirkətlərinin investisiya tərəfdaşlığı daha da artacaq.

Bu gün Türkiyənin Azərbaycana yatırdığı sərmayə 12 milyard ABŞ dollarını, Azərbaycanın isə Türkiyəyə yatırdığı sərmayə 20 milyard ABŞ dollarını ötüb. İki ölkə arasında irimiqyaslı enerji layihələrindən əlavə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün birgə layihələr həyata keçirilə bilər.

- Ələt Azad İqtisadi Zonasının Türkiyə şirkətləri üçün önəmi nədir?

- Azərbaycan tranzit ölkə kimi çox önəmlidir. Buradan Türk dövlətlərinə və Rusiyaya çıxış daha əlverişlidir. Ələt Azad İqtisadi Zonası bu baxımdan çox uğurlu layihədir. Buraya Türkiyənin istənilən sektorundan investorlar gələ bilərlər. Qarşılıqlı əməkdaşlıq iş adamları üçün də faydalı olacaq.

- ATİB-in 2023-cü ildə əsas məqsədi nədən ibarətdir?

- ATİB-in əsas missiyası Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verməkdir. Hazırda əsas məqsədimiz Azərbaycan və Türkiyənin müştərək sərmayələri ilə yaradılacaq qurumların üçüncü ölkələrə ixracına şərait yaratmaqdır. 2023-cü ildə bu istiqamətdə aparılan işlərin nəticəsini görəcəyik və bu istiqamətdə fəaliyyətimizi daha səmərəli quracağıq.

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Dünən, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR