5-08-2023, 10:53 882

Yunis Hüseynov:

"Fikrimcə, "Neftçi" İstanbul nəhəngi ilə daha yaxşı oynayacaq".

Bunu "AVESTA.AZ"a açıqlamasında Azərbaycanın veteran hücumçusu, Futbolun İnkişafı Fondunun Himayəçilər Şurasının üzvü Yunis Hüseynov "Neftçi"nin UEFA Konfrans Libasının II təsnifat mərhələsində Bosniya və Herseqovina "Jelezniçar"ını mübarizədən kənarlaşdırıb növbəti raundda Türkiyə "Beşiktaş"ına rəqib olması barədə danışarkən deyib.

58 yaşlı mütəxəssis bildirib ki, dolu tribunalar qarşısında oynamaq "ağ-qaralar" üçün əlavə motivasiya olacaq:

"Neftçi" "Jelezniçar"a mütləq qalib gəlməliydi. Çünki rəqibindən güclü idi. Etimadı doğrultdu və qələbə qazandı. Mənə elə gəlir ki, "Beşiktaş"la oyun çətin olacaq. Buna baxmayaraq, istənilən komandaya qarşı mübarizə aparmaq mümkündür. Rəqibin azarkeşləri çoxdur. Fanatlarının qarşısında oynamaq hər bir futbolçu üçün əlavə motivasiyadır. Stadion tam dolacaq. Bu mənada "Neftçi"nin özünü yaxşı tərəfdən göstərəcəyini düşünürəm. Komandamız sürpriz edə bilər. "Beşiktaş"ın oyununa baxdım. Bu komandaya qarşı oynamaq olar".

"Sabah"ın hər iki matçda Latviyanın RFŞ komandasına qalib gələrək növbəti mərhələyə adlamasına münasibət bildirən keçmiş yarımmüdafiəçi rəqibin pis komanda olmadığını söyləyib: "Hər iki matçda yaxşı qol fürsətləri oldu. Onlar epizodları boşa verdilər, "Sabah" isə qol vəziyyətlərindən mükəmməl yararlandı. Bakı klubu səfər qələbəsi və cavab oyunundakı qırmızı vərəqənin hesabına mərhələni keçdi. RFŞ cavab görüşündə 11 nəfərlə oynasaydı, "Sabah"ın işi çox çətin olacaqdı. Bakıya həddindən artıq hazırlıqlı gəlmişdilər. Sadəcə, komandamız rəqibin azlıqda qalmasından və son dəqiqələrdə hücuma atılmasından məharətlə istifadə etdi".

O, Bakı klubunun III təsnifat mərhələsindəki rəqibi olan Serbiya "Partizan"ının hazırkı durumu barədə geniş bilgiyə malik olmadığını vurğulayıb: "Çünki rəqibin oyununu izləməmişəm. Yəqin ki, RFŞ-dən güclüdür. "Sabah" son qarşılaşmadakı kimi oynasa, işi çətin olacaq. "Partizan"ın hansı formada olmasından da çox şey asılıdır. Eşitdiyimə görə, maliyyə problemləri var. Qoy, elə problem davam etsin. "Sabah" da bundan yararlanıb mərhələni adlasın".

Hüseynov "Qəbələ"nin Kiprdə "Omoniya"ya uduzaraq Konfrans Liqası ilə erkən vidalaşmasının sürpriz olmadığını əlavə edib: "Çətin olacağını demişdim. Elmar Baxşıyev özü də mətbuat konfransında rəqibin güclü olduğunu və layiqli qələbə qazandığını söyləyib. Qarşıda çempionat var. Yəqin ki, yenidən Konfrans Libasına vəsiqə qazanmağa çalışacaqlar".

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa "Rakuv"unu keçə bilməməsinə də toxunan mütəxəssis bunları deyib: "Təmsilçimiz hər iki matçda yaxşı oynadı. Əfsuslar olsun ki, əlinə düşən imkanlardan maksimum istifadə edə bilmədi. Bakıdakı oyunda rəqib komanda qapıya doğru cəmi bir zərbə vurdu, o da qol oldu. Halbuki, "Qarabağ" 90 dəqiqə ərzində hücum etdi. "Rakuv" isə demək olar, bütün komanda ilə müdafiə olundu. Çox istəyərdik ki, mərhələni keçsin. Amma alınmadı. İnanıram ki, Avropa Liqasında qrupa düşəcəklər. Bu da uğurlu nəticə sayılacaq. Hətta Ağdam təmsilçisi özünü yaxşı tərəfdən göstərib pley-offa da çıxacaq".

Hüseynovun fikrincə, "Qarabağ"da hücumçu problemi yoxdur: "İki oyuna 3 qol vurdular, pis nəticə deyil. Sadəcə, fərdi səhvlər ön plana çıxdı. "Rakuv"un Bakıda vurduğu qol sırf təsadüf idi. "Qarabağ"ın isə fərqlənmək üçün bir neçə imkanı oldu. Hətta həmin epizodlarda müdafiə və yarımmüdafiı xəttində oynayan futbolçular iştirak etdilər. Son dəqiqələrdə Kevin Medinanın belə, qol vurmaq üçün imkanı oldu. Şahruddindən başqa, 10 oyunçunun hamısı rəqibin cərimə meydançasının həndəvərində idi. Bu isə o deməkdir ki, "Rakuv" Bakıya sırf müdafiədə oturmaq üçün gəlmişdi.

O bildirib ki, komandanın mübarizəni dayandırmasını tək Şahruddin Məhəmmədəliyevin ayağına yazmaq olmaz: "Bu qapıçı bir neçə vacib oyunda komandasını qol və ya qollardan xilas edib. Bütün günahı onun üstünə atmaq düzgün deyil. Oyunu bütün komanda uduzur. Səhv hardan başlayır? Kimsə topu itirir, nəticədə qapından qol buraxırsan. Amma bunu deyən yoxdur. O ki qaldı üstünə gələn topu tuta bilməməsinə, bu, hər qapıçının başına gələ bilər. Şahruddinin üstünə çox getmək lazım deyil, hamıda səhv olur".

Paylaş

Xəbər lenti

Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR