
Sudan Çevik Reaksiya Qüvvələri (Xüsusi Qüvvələr) Omdurman şəhərində ordunun mövqelərinə sarsıdıcı zərbə endirdikləri barədə bəyanat yayıb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Sudan xüsusi təyinatlılarının rəsmi nümayəndəsi tviter səhifəsində məlumat yayıb.
"İlkin məlumatlara görə, düşmən tərəfdən 174 nəfər ölüb, 300-dən çox yaralı var, əsirlərin sayı 83-ə çatıb", - məlumatda qeyd edilib.
Hələlik Sudan ordusundan rəsmi açıqlama verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.