9-08-2023, 09:59 1175

İrəvandan Dehliyə uzanan erməni xəyalı – Ermənistan okeana çıxış arzusundadır - ŞƏRH

İran və Hindistanla hərbi sahədə əməkdaşlığı genişləndirən Ermənistan bundan irəli gələrək xam xəyallar qurmağa başlayıb. İkitərəfli, üçtərəfli əməkdaşlıqdan ruhlanan baş nazir Nikol Paşinyan hökuməti ümid edir ki, hərbi əməkdaşlığı digər sahələrə də şamil etmək mümkündür. Soydaşlarını inandırmağa çalışır ki, avtomobillərinə əyləşib birbaşa Dehliyə kimi gedə bilərlər. Lakin hələ ki, bu layihəyə elə ermənilərin özlərindən başqa heç kim ciddi yanaşmır. Sadəcə Tehran və Dehlidə ermənilərin “kövrək” qəlblərini sındırmamaq üçün ona “yox” demirlər. Ağlasığmaz, ambioz layihələrlə gündəmə gəlməyə çalışan Ermənistanın bu layihəsini özlərindən başqa heç kim ciddiyə almır.

Ən əsası bunun üçün maddi, texniki imkanlar mövcud deyil. İkincisi, iştirakçı dövlətlərin buna həvəs və maraqları ermənilər qədər deyil.

Əvəzində bu ölkənin mediasında yer alan xəbərlərdə, İran və Hindistanla birgə multimodal kəsintisiz nəqliyyat dəhlizinin yaradılması ideyası mütəmadi qabardılır. Layihə ilə bağlı erməni tərəfinin yaydığı xəbərlərdə iddia olunur ki, bu istiqamətdə işlər yekunlaşıb, hətta “yol xəritəsi” belə hazırlanıb. İrəvanın fantastik layihə ilə bağlı Dehli və Tehranla müvafiq məsləhətləşmələr apardığı iddia edilir. Erməni mediasında yer alan xəbərlərə görə, Dehliyə beynəlxalq avtomobil daşınmalarının həyata keçirilməsi ilə bağlı yekun sazişin imzalanması üzərində də iş aparılır. Layihə reallaşacağı təqdirdə Ermənistan və Hindistan arasında quru yolla sərnişin və yük daşımaları prosesini nizamlamaq, iqtisadiyyat və nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək, multimodal daşımaları reallaşdırmağın mümkün olacağı iddia olunur. Hindistana nəqliyyat dəhlizinin çəkilməsindən danışan iqtisadiyyat naziri Vaan Kerobyanın fikirləri maraqlıdır. Onun sözlərinə görə, Hindistanla əlaqələr hələ də işlənməyib və logistika asan deyil. “Hindistanla ticarətin böyük potensialı var və bizim təklifimiz və baş nazirin fərmanı ilə Hindistandan Avropaya sürətli dəhliz tikiləcək”, - deyən nazir əlavə edib ki, imkanları araşdırmaq üçün işçi qrup da yaradılıb.

Maraqlıdır ki, bu layihə ilə bağlı yalnız erməni mediasında xəbərlər yer alıb. Nə İran, nə Hindistan mediasında bu istiqamətdə hər hansı bir ciddi xəbərə rast gəlmək mümkün deyil. Belə çıxır ki, nə Tehran, nə də Dehli bu layihəyə elə də ciddi maraq göstərmir. Görünən odur ki, beynəlxalq layihələrdən kənarda qalan Ermənistan sadəcə bununla gündəmi özünə cəlb etməyə çalışır.

Ermənistanın bu layihəni daim qabartmaqla nəyə nail olmaq istədiyi bəllidir: Nəyin bahasına olursa-olsun Zəngəzur layihəsindən imtina etmək. Salındığı blokada vəziyyətindən çıxmaq şansı yarandığı halda, ermənilər fantastik, mümkünsüz layihəyə “üstünlük verməyə” çalışır. Yenə 90-cı illərdə olduğu kimi, xəstə təfəkkürü bir kənara qoymaq istəmir. Məhz həmin illərdə işğal siyasəti aparmasaydı, bu gün beynəlxalq layihələr Tbilisi ərazisindən deyil, məhz Ermənistandan keçəcəkdi. Bu da ölkəyə milyardlarla dollar mənfəət gətirəcəkdi. Ermənistan hakimiyyəti indi verilən şansdan da istifadə etmək istəmir. Anlamaq istəmir ki, bu dəhlizdən imtina etməklə növbəti ağılsızlığa imza atır. Halbuki, bu dəhlizin açılmasında ilk növbədə elə özləri maraqlı olmalıdır. Hindistana İran vasitəsilə avtomobil yolunun açılması isə Ermənistanın nə maliyyəsi, nə də texniki imkanlarına uyğundur. Təcrübə göstərdi ki, Türkiyə və Azərbaycanla sərhədlərin qapalı qalması Ermənistana əsas iqtisadi tərəfdaşı – Rusiyaya təhlükəsiz və sabit çıxış əldə etməyə imkan verməyib. Yeganə quru yol marşrutu “Yuxarı Lars” vasitəsilə Gürcüstan vasitəsilə çıxışdır ki, bu yol da pis hava şəraiti səbəbindən dəfələrlə bağlı qalır.

Tarix göstərib ki, indiyə qədər ermənilərə beynəlxalq layihələrlə BAĞLI çox vədlər verilib. Məsələn, götürək elə Fars körfəzi-Qara dəniz beynəlxalq nəqliyyat dəhlizini. Bu dəhliz Tehranın Avropa ilə İrəvan və Tbilisidən keçərək, tranzit imkanlarını artırmalı idi. Lakin layihə olaraq da qaldı. Məsələnin başqa tərəfi də ondadır ki, İran da bu layihələri mümkünsüz sayır. Yəni, rəsmi Tehran daha mənfəətli layihələrə üstünlük verir. Məsələn, bu yaxınlarda rəsmi Bakı ilə “Cənubi Araz dəhlizinin aktivləşdirilməsi haqqında” razılığa gəlib. Ermənistanın başqa bir layihəsi - 2014-cü ildə qəbul olunan və İran-Çin-Ermənistan dəmir yolu xətti layihəsi də baş tutmadı. Erməni ekspertləri bildirirlər ki, bu bahalı layihə bir yana dursun, hökumət heç Ermənistanla İran arasında üçüncü yüksəkgərginlikli elektrikötürücü xəttinin tikintisi və bu ölkəyə İran qazının tədarükünün artırılması məsələlərini belə həll edə bilmir. Əsas səbəb yenə də maliyyə çatışmazlığıdır.

Necə deyərlər, görünür, ermənilərin Bombey küçələrində avtomobilləri ilə şütümək arzusu elə arzu olaraq da qalacaq. Bəlkə haylar heç olmasa bu dəfə nağdı qoyub, nisyənin dalınca qaçmayacaqlar...

Paylaş

Xəbər lenti

Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR