10-08-2023, 17:30 381

AFFA-nın vitse-prezidenti: “Klublarımızın Avropada öz sözlərini demələrinin vaxtıdır” - MÜSAHİBƏ

Azərbaycan klubları bu gün avrokubokların III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

“Qarabağ” UEFA Avropa Liqası, “Neftçi” və “Sabah” isə UEFA Konfrans Liqasında rəqiblərini doğma arenada qəbul edəcəklər.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Finlandiya HİK-ini sınağa çəkəcəksə, “Neftçi” “Neftçi Arena”da Türkiyə nəhəngi “Beşiktaş”la, “Sabah” isə “Bank Respublika Arena”da Serbiyanın güclü komandası “Partizan”la üz-üzə gələcək.

AFFA-nın vitse-prezidenti və qurumun İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov “AVESTA.AZ”a müsahibəsində komandaların şanslarını dəyərləndirib.

- Azərbaycan klubları avrokubokların növbəti mərhələsində bu gün ilk oyunlarına çıxacaqlar. Komandalarımızdan nə gözləyirsiniz?
- Hər üç klubumuz ilk matçını eyni gündə Bakıda keçirəcək. Buna baxmayaraq, hər birimiz həm “Qarabağ”lı, həm “Neftçi”li, həm də “Sabah”lı olmalı, onlara dəstək verməliyik. Ümid edirəm ki, hər üçü mərhələni adlayaraq, azarkeşləri sevindirəcəklər.

- “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa “Rakuv”una iki oyunun cəmində (2:3, 1:1) məğlub olduqdan sonra Premyer Liqanın da ilk turunda “Zirə”yə (0:1) uduzdu. Bunun psixoloji təsiri ola bilərmi?
- “Qarabağ” ekstremal vəziyyətdə toparlanan, ən yaxşı oyununu göstərməyi bacaran klublardandır. Qurban Qurbanovun kollektivinin bu gün bizi sevindirəcəyinə inanıram. Öncədən proqnoz verməyi xoşlamıram. Amma həm indiki, həm də pley-off mərhələsindəki potensial rəqibi nəzərə alaraq, əminliklə deyə bilərəm ki, “Qarabağ” turnirin qrupuna düşəcək. Ağdam təmsilçisi bu gün Avropa səviyyəli komandadır, özünü çoxdan təsdiq edib. Ümumiyyətlə, nəticəyə həmişə son məqamda fikir verən adamam. Qurban Qurbanov da gözəl oyunla uğur qazanmağa çalışan mütəxəssisdir. Komandasını da buna uyğun formalaşdırıb. “Qarabağ” istənilən ağır durumdan çıxış yolu tapmağa qadirdir.

- “Neftçi”nin “Beşiktaş”la qarşılaşacağını nəzərə alsaq, paytaxt təmsilçisinin püşkdə bəxtinin gətirmədiyini deyə bilərik?
- İstənilən halda, bu mərhələdə iddialı rəqib düşəcəkdi. Hər kəs gələcəkdə güclü “Neftçi” görmək istəyir. Hesab edirəm ki, rəhbərlik tərəfindən bu yöndə ilk addımlar atılır. “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş doğru qeyd etdi ki, qardaş ölkələr olsaq da, meydana qələbə üçün çıxacağıq. “Neftçi” də azarkeşlərini sevindirmək üçün gücünü göstərməyə çalışacaq. Rəqibin “Beşiktaş” olmasının motivasiya baxımından da xeyri dəyəcək. “Neftçi” bu gün istənilən rəqiblə mübarizə aparacaq səviyyədədir. Kağız üzərində favorit qardaş ölkə komandası “Beşiktaş” göstərilsə də, “Neftçi”nin şansı heç də ondan az deyil.

- Avrokuboklardakı debüt mövsümündə artıq bir mərhələ adlayan “Sabah”a əksəriyyət “Partizan” önündə çox şans vermir. Siz bu cütdə nəyə ümid edirsiniz?
- “Sabah”ın ardıcıl uğurları elə-belə deyil, planlı şəkildə görülən işlərin nəticəsidir. Düzdür, “Partizan” güclü komandadır. Amma fikrimcə, şişirtməyə ehtiyac yoxdur. “Partizan”ı görmüşük, tanıyırıq. Bizdə isə sabahı uğurlu görünən “Sabah” komandası formalaşır, oyundan-oyuna, ildən-ilə daha güclü olur. Əminəm ki, “Sabah” bugünkü matçda da inamlı çıxışla öz gücünü göstərməyə çalışacaq. Avrokuboklarda yeni addımlar atırlar və qısa müddətdə ilklərlə yadda qaldılar. Bunun davamlı olmasının tərəfdarıyam. Ən əsası odur ki, baş məşqçi Murad Musayev həm özünə, həm komandasına, həm də rəhbərliyə inanır. Belə olan təqdirdə, istənilən uğura imza atmaq mümkündür.

- “Qarabağ” hücum xətti gücləndirmədi, “Neftçi” transferlərini gec həyata keçirdi, “Sabah” isə Aleksey Kaşukdan sonra Coy Lens Mikelsi də itirdi. Komandalarımız bunun acısını çəkə bilərmi?
- Ola bilsin ki, bu komandaları aparıcı oyunçuları tərk etdilər. Amma onlar ən yüksək formalarına məhz burada çatdılar. Avrokuboklardakı təmsilçilərimizin üstünlüyü kollektiv şəkildə güclü olmalarıdır. Hansısa futbolçunun olmaması elə də böyük təsir göstərməz. Nəyəsə səbəb axtarmayaq.

- Havanın çox isti olması təmsilçilərimizə, yoxsa rəqiblərə daha çox təsir edəcək?
- Hava şəraiti hər kəs üçün eyni olacaq. Matça qədər hamının şansı bərabərdir. Topa ilk toxunuşdan sonra kimin üstün olacağına hava yox, meydandakı mübarizə aydınlıq gətirəcək. Klublarımızın hər üçü mərhələni adlamaqda çox istəklidirlər.

- UEFA-nın hər üç komandamızın ilk görüşünü Bakıya salmasını necə qarşıladınız?
- Bu məsələdə UEFA-nı qınamaq da istəmirəm. Klublarımız məhz buna görə uğurlu nəticə qazanmalıdırlar ki, növbəti dəfə belə vəziyyət yarananda UEFA futbol nüfuzumuzu nəzərə alaraq, bizə güzəşt etsin. Necə ki, bu dəfə Türkiyə klublarına həmin güzəşt olundu. Digər tərəfdən qitə futbol qurumu məsələyə peşəkar şəkildə cavab verdi. Çünki belə məqamda hər iki tərəfin razılığı olmalıdır. Bizə bildirdilər ki, rəqib komandaların heç biri matçların yerinin dəyişdirilməsinə razılıq verməyib. Həmin rəqibləri də başa düşürəm, bizdən çəkinirlər. İlk görüşdə müdafiədə oturaraq, vətənlərinə sərfəli nəticə ilə qayıtmaq və doğma meydanlarındakı cavab qarşılaşmasında mərhələ adlamaq istəyirlər. Ancaq bir şeyi başa düşmürlər ki, klublarımız hər varianta hazırdırlar. Komandalarımızın inamlı çıxışla Avropada öz sözlərini demələrinin vaxtıdır. Hər birinə uğurlar arzulayıram. Ümid edirəm ki, növbəti mərhələdə bundan da güclü rəqibləri Azərbaycana gətirəcəklər.

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR