10-08-2023, 18:29 520

"Bu cür yanaşma ilə, bu siyasətlə ABŞ özünün Cənubi Qafqazdakı mövqelərinə zərbə vurur".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputatın sözlərinə görə, ABŞ Dövlət Departamentinə yaxın “Vaşinqton post” və digər media orqanlarında yenidən Azərbaycana qarşı böhtan kampaniyasına start verilib: "Bu, ilk hal deyil. Bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, Dövlət Departamentinin qeyri-rəsmi “mətbuat orqanı” kimi tanınan mətbu orqanları mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Halbuki, ABŞ rəsmiləri israrla bizi bu ölkədə anti-Azərbaycan mövqenin ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşdığına inandırmağa çalışır. Amma təəssüf ki, ABŞ-ın region dövlətlərindən fərqli olaraq, Azərbaycana qarşı ikili standartlar siyasəti hər zaman özünü qabarıq şəkildə göstərib. Ən real nümunələrdən biri supergücün Gürcüstana, Ukraynaya ərazi bütövlüyü məsələsində verdiyi dəstəyi heç zaman Azərbaycana münasibətdə sərgiləməməsidir. Amerikanın əvvəlcə Azərbaycanda, sonra Gürcüstanda səfiri olmuş Ross Uilson Tbilisidə açıq şəkildə Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırırdı, Gürcüstanın ərazi bütövlüyünə dəstək verirdi, Azərbaycanda işlədiyi zaman isə bir dəfə də olsun Ermənistanı qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmağa çağırmayıb. Bu məsələdə susmağa üstünlük verirdi".

"Krım, Abxaziya, Cənubi Osetiya separatçılarına qarşı sanksiyalar tətbiq edən ABŞ Bako Saakyan başda olmaqla bütün erməni separatçıbaşılarına Ermənistandakı səfirliyi vasitəsilə Birləşmiş Ştatlara səfər üçün vizalar verirdi. Bununla da separatizmi daha da alovlandırmış olurdu. Bu münasibət haqlı olaraq Azərbaycan cəmiyyətində ikrah hissi yaradır", - o qeyd edib.

Milli Məclisin üzvü xatırladıb ki, eyni zamanda, məlum “Demokratiya sammiti”nə Ermənistanın dəvət alması, Türkiyə və Azərbaycanın kənarda saxlanmasını da yada salmaq lazımdır: "Bu demokratiyadan tamamilə uzaq olan sammitə fundamental insan hüquqlarının pozulduğu ölkələrin dəvət alması təəssüf doğurur. Məsələ burasındadır ki, sammit ərəfəsində Ermənistanda keçirilən etiraz aksiyalarının qəddarlıqla dağıdılmasına, ümumilikdə 2100-dən çox etirazçının saxlanması, həmçinin, siyasi səbəblərdən bir sıra vətəndaşların Ermənistana girişinə qadağa qoyulmasına rəğmən işğalçı ölkə sammitdə iştirak edirdi. Yəni, “demokratiya sammiti”nin ikili standartlar prinsipi ilə hərərkət etməsinin şahidi olduq. Bu azmış kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ildə Ermənistana səfəri, onun saxta soyqırımı ilə bağlı "axıtdığı timsah göz yaşları" və səsləndirdiyi ermənipərəsət bəyanatlarını da yaxşı xatırlayırıq".

K.Nurullayeva vurğulayıb ki, bu cür yanaşma ilə, bu siyasətlə ABŞ özünün Cənubi Qafqazdakı mövqelərinə zərbə vurur: "Bütün tərəfdaşlar Azərbaycan kimi etibarlı ölkə ilə əməkdaşlıqda maraqlıdır. Təbii ki, bu əməkdaşlıq Azərbaycanın özü üçün də vacibdir. Amma rəsmi Bakı üçün milli maraqlar bütün maraqlardan üstündür və tərəfdaşlar bu faktoru heç bir halda gözardı etməməlidir".

Paylaş

Xəbər lenti

Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR