
Polşada qatarın yük maşını ilə toqquşması nəticəsində 20-dən çox insan xəsarət alıb.
“AVESTA.AZ” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Polşa Dövlət Yanğından Mühafizə Xidməti "X" sosial şəbəkəsində (tviter) məlumat yayıb.
Qəza Mazovets vilayətinin Dalanuvek kəndi yaxınlığında baş verib. Hadisə yerində Yanğından Mühafizə Xidmətinin 45 əməkdaşı və 11 yanğınsöndürən maşın var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.