
ABŞ-nin Havay ştatının adalarından birindən olan Mauidə baş verən yanğınlar sonucunda ölənlərin sayı 67 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Maui dairəsinin idarəsi yayıb.
“Ölənlərin sayı 67-yə çatıb”, - idarənin açıqlamasında bildirilib.
Daha öncə ştatın qubernatoru Coş Qrin -ə müsahibəsində qurbanların sayının artacağını istisna etməyib.
Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını avqustun 9-da başlanıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib. Sonucda şəhər tamamilə yanıb, insanlar yanğından uzaqlaşmaq üçün okeana üzüblər. Onlar Sahil Mühafizəsi və könüllülər tərəfindən qurtarılıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.