Məşhur “The cleaning lady” serialında Azərbaycana qarşı təxribat törədilib.
ABŞ-ın FOX telekanalı tərəfindən yayımlanan serialın ilk 10 bölümü 3 yanvar 2022-ci ildə yayımlanıb. Mövzusu mafiya və bir qadının bu mafyiaya açdığı savaşla bağlıdır.
Həmin serialın 3-cü bölümündə Azərbaycana qarşı açıq təhdid ifadə edən fikirlər səslənib.
Kadrlarda erməni lobbisinin ABŞ-dakı əsas təmsilçilərindən biri çıxış edərək oğluna səslənir. O, vətənin, yəni Ermənistanın parçalandığını, oğlunu Qarabağı Azərbaycandan almaq üçün erməni ordusuna göndərdiyini deyir. Maraqlı məqam ondadır ki, bu, FOX telekanalının Azərbaycanda qarşı ilk qərəzli münasibəti deyil. (musavat.com)
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.