14-08-2023, 21:47 585

Qərbi Azərbaycan Xronikası: “Mənim də nəslim dəfələrlə deportasiyaya məruz qalıb”

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

“Report” xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Milli Məclisin deputatı Sahib Alıyev olub.

O, Qərbi Azərbaycanda doğulub boya-başa çatdığı Göyçə mahalı, Basarkeçər rayonu, Aşağı Şorca kəndindən söhbət açıb. Millət vəkili bildirib ki, dünyaya göz açdığı yaşayış məntəqəsi onun üçün bir dünyadır: “Qərbi Azərbaycan, o cümlədən, Göyçə mahalı, Aşağı Şorca kəndi mənim üçün gözəl təbiəti olan mistik bir məkan, əvəzedilməz dünyadır. Göyçə mahalı eynən Altay kimi energetikası yüksək olan tarixi yurd yerimizdir”.

Deputat S.Alıyev el-obasının, qohum-əqrəbasının sadəcə Azərbaycana deyil, xarici ölkələrə pərən-pərən düşdüyünü deyib: “Mənim nəslim dəfələrlə deportasiyalarla üzləşib. Sonuncu deportasiyada da ailə üzvlərim böyük çətinliklərlə üzləşib, sarsıntılar yaşayıblar. Mən o zaman Moskvada universitetdə jurnalistika ixtisası üzrə ali təhsil alırdım. Bəzən o günləri düşünəndə özüm-özümü günahkar bilirəm ki, nəyə görə ailəmin çətin vaxtlarında onların yanında ola bilməmişəm, onlara mənəvi dəstək göstərə bilməmişəm. Buna görə özümü günahkar bilirəm. Amma reallıqda bütün bu olanların baiskarı və günahkarı SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçov idi. Ona görə də daim onu lənətlə xatırlayıram”.

Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasına, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə toxunan deputat vurğulayıb ki, hətta Qərbi Azərbaycanda doğulmayan, oranı bir dəfə olsa da görməyən gənclərimiz də tarixi torpaqlarımıza dönmək arzusu ilə yaşayırlar: “Hətta Qərbi Azərbaycanda doğulmayan gənclər də o yerlərin həsrəti ilə yaşayırlar. Qərbi Azərbaycana bağlılığı olan elə bir adam tanımıram ki, oraya qayıtmaq istəməsin. Soydaşlarımız, həmvətənlərimiz mütləq öz yurd yerlərinə qayıtmalıdırlar”.

S.Alıyev bildirib ki, Qarabağdakı haylar bizim ərazimizdə qalıb yaşasalar da, yaşamasalar da, Qərbi azərbaycanlılar öz torpaqlarına qayıdacaqlar: “Vətəndaşlarımızın geridönüşü, onların hüquq və təhlükəsizliyinin təmin olunması başlıca şərtdir. Hazırda Ermənistanda xəstə təfəkkürlü bir cəmiyyət var. Sağlam düşünənlər onlar arasında çox azlıq təşkil edirlər və reallığa uyğun danışmağa, hansısa addımlar atmağa ehtiyat edirlər. Amma bilməlidirlər ki, Qərbi azərbaycanlıların geridönüşü erməniləri üzləşdikləri rəzil durumdan xilas edəcək”.

Beynəlxalq aləmin Qərbi Azərbaycan İcmasının qəbul etdiyi bəyanatlara, atdığı addımlara reaksiyasına münasibət bildirən parlament üzvünün sözlərinə görə, dünya birliyi gücün diktəsini dərk edir: “Bizim güclü dövlətimiz, tarixi torpaqlarımıza xüsusi sevgi bəsləyən müdrik liderimiz var. Dünya birliyi buna hazır olsa da, olmasa da, biz o torpaqlara dönəcəyik. Bu, bizim haqqımızdır. Bunu beynəlxalq humanitar hüquq tələb edir. Biz də bu hüququmuzdan istifadə edəcəyik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 14-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR