14-08-2023, 22:53 503

Adrian Mutu:

"Milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədə çəni yanacaqla doldurmağa çalışacağıq".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Adrian Mutu evdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın II tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis komandasında yorğunluq olduğunu bildirib: "Fiziki baxımdan çətin oyun idi. Təhlükəli hücumlarımız oldu, ancaq qola çevirə bilmədik. Yaxşı məşq etməyə, bərpa dövrü keçməyə vaxt olmur. Sabah İstanbula yola düşürük. Türkiyədən qayıtdıqdan sonra bir gün vaxtımız olacaq, sonra yenə oyun var".

Oyun vaxtı əsəbi olmasının səbəbini açıqlayan 44 yaşlı çalışdırıcı məğlub olmağı sevmədiyini söyləyib: "Hətta evdə oğlumla futbol oynayanda da qələbə qazanmaq istəyirəm. Futbolu çox sevirəm və həssas yanaşıram. Komandanın yaxşı epizodları qola çevirə bilmədiyini görəndə özümdən çıxıram. Bu kluba və oyunçulara inamım böyükdür. Bilirəm ki, daha artığını edə bilərik".

Emin Mahmudovun meydanı tərk edərkən kapitanlıq sarğısını Qara Qarayevə yox, Rəhman Hacıyevə verməsinə də toxunan Mutu bunu kapitanın şəxsi qərarı olduğunu vurğulayıb: "Bu, mənim qərarım deyildi. Qara komandaya yeni qoşulub. Son vaxtlarda az şans qazanıb. Oynamalıdır ki, praktikası artsın. Ondan gözləntim daha çoxdur. Güclü və yaxşı oyunçudur. Eyni şeyi Emindən də gözləyirəm. Eddi İsrafilov və Kilan Lebon da zədəlidir. Bunlara baxanda görürük ki, komanda yaxşı toplanış keçməyib. Üzərimizdə işləməliyik".

O, növbəti matçlarda daha yaxşı oynayacaqlarına söz verib: "Belə oyunlarda qələbə üçün yüksək ritm tətbiq etməlisən. Rəqibin müdafiədə oturacağını bilirdik, buna hazırlaşmışdıq. Təəssüf ki, əks-hücumdan qol buraxdıq".

Baş məşqçi yeni transfer Aaron Olanarenin çıxışını da dəyərləndirib: "Artıq çəkisi yoxdur, fiziki görünüşü belədir. Onu mühakimə etmək üçün düzgün vaxt deyil. Sırf 9 nömrə baxımından əlavə oyunçumuz yoxdur. Həmin mövqedə Andre Şinyaşiki və Filip Ozobiçi yoxlamışam. Yeni transferlər ediləcək. Onlar gələndən sonra daha güclü olacağıq".

Mutu III turda "Sabah"a qarşı keçirəcəkləri oyundan da spz açıb: "Rəqibin də çətin səfəri var. Mənim üçün vacib amil oyunçuların formalarını tez bərpa etmələridir. Başa düşürəm, fiziki hazırlığımız ürəkaçan deyil. Bunu qəbul edirik. Çalışırıq, üzərimizdə işləyək. Oyunda sürəti təyin edən komanda biz idik, amma bu da istədiyim dərəcədə deyildi. Bir neçə dəfə rəqibin qapısına yaxınlaşdıq, amma bəxtsizlik oldu. Hazırda 50 faiz hazırıq".

Mütəxəssis "Sabah"ın "Sumqayıt"la matçının təxirə salınmasına da münasibət bildirib: "Bizim üçün artıq gec idi. "Beşiktaş"la ilk oyundan əvvəlki görüşü təxirə salmalı idik. Müraciət etdik ki, amma "yox" cavabı gəldi. O biri komandalara baxsaq, ardıcıl 5 oyunu evdə keçirənlər var. Lakin biz yalnız səfərə gedirik. Bu dövrü də keçəcəyik. Düşünürəm ki, milli komandaların oyunlarına görə yaranacaq fasilədə yaxşı məşqlər edə biləcəyik. Son oyunlara baxsaq, komanda çox enerji itirib. "Jelezniçar"la matçda bütün gücümüzü qoyduq, sonra Gəncəyə getdik və uduzduq. Bakıya qayıdandan sonra "Beşiktaş"la qarşılaşdıq. Bugünkü matçda görünürdü ki, hücumu bitirə bilmirik, yorğunluq var. Bir neçə həftə sonra daha yaxşı olacağıq".

Paylaş

Xəbər lenti

AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR