10-08-2023, 23:38 508

Adrian Mutu: “İstanbula qələbə qazanmaq üçün gedəcəyik”

“Bizim üçün İstanbuldakı oyun çox vacibdir. Ora yalnız qələbə qazanmaq üçün gedəcəyik”.

“AVESTA.AZ”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Türkiyənin “Beşiktaş” klubuna 1:3 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis güclü rəqiblə qarşılaşdıqlarını etiraf edib: “Çətin oyun oldu. Çalışdıq ki, sona qədər mübarizənin içində olaq. Birinci hissədə “Beşiktaş” daha güclü idi. Amma ikinci hissədə biz daha fəal oynadıq, qol imkanları yaratdıq. Bəxtimiz gətirsəydi, ikinci qolu da vurardıq. Buraxdığımız üçüncü qolu rəqibə hədiyyə etdik. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Orada Koffinin səhvi oldu. Amma zədədən yeni qayıdıb. Oyunçuların səhvsiz oynaması çox çətindir. Çünki rəqibimiz çox keyfiyyətli komanda idi. Bəzən elə məqamlar var ki, rəqibin gücünü qəbul etməlisən. Bu axşam qolları təhlil edəcəyəm. Müdafiədə boşluqlar verdik, rəqib də bundan yararlandı. Bunun üzərində işləyəcəyik”.

Baş məşqçi start heyət ilə bağlı seçimində yanılmadığını düşünür: "Əlimizdəki oyunçularla çıxış etdik. Məsələn, Olanare dünən kollektivə qoşulub, hələ gücünün 30 faizində deyil. Koffi də zədələnmişdi, yeni sağalıb. Təəssüf ki, Eddi İsrafilov, Ömər Buludov zədəli idilər. Kim daha yaxşı durumda idi, onlara da şans verdim. Bu cür rəqiblərlə görüşdən qopmamaq üçün daha çox qaçmalısan. Zədəsini sağaldan oyunçuları ikinci hissədə meydana buraxmağı planlaşdırırdım. Çünki ən yaxşı məşq oyundur. Oynayarkən fiziki durumun daha sürətlə yaxşılaşır. Fasilədən sonra bəzi futbolçuları 45 dəqiqə oynatmağa məcbur idim. Hətta zədələnmələrindən ehtiyatlanırdım. Zədə almamaları bizim üçün sevindirici oldu”.

O, bəzi oyunçuların hələ tam hazır olmadığını vurğulayıb: "Beşiktaş"la cavab görüşünə bir həftə vaxt var, indidən nəsə demək çətindir. Bu, qurmaq istədiyim heyətin hələ 30 faizidir. Yeni transferlər etməyə çalışırıq. Eyni zamanda heyətdəki oyunçuları yaxşı fiziki duruma çatdırmaq üçün işləyirik. Qarşıdakı matçlarda seçimlərimizdə diqqətli olmalıyıq. Çünki üç gündən bir oynamaq zədə riskini artırır. Yüz faiz hazır olmadıqda zədə almaq ehtimalı daha da çoxalır”.

Mutu komandasının ikinci hissədəki performansından məmnunluqla danışıb: “Birinci hissə emosiya ilə dolu keçdi. “Beşiktaş”ın yox, yalnız “Neftçi” azarkeşlərinin səsini eşidirdim. İkinci hissədəki çıxışımızdan çox xoşum gəldi. Sona qədər mübarizə apardıq. Biz təkcə avrokubok yox, çempionat oyunlarını da düşünməliyik. Çünki qarşımızda böyük hədəflər var”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 17-də İstanbulda baş tutacaq.

Paylaş

Xəbər lenti

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var Bu gün, 21:48 Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb Bu gün, 21:48 Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var Bu gün, 21:48 Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb Bu gün, 20:48 Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu Bu gün, 20:48 Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib Bu gün, 20:48 Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü Bu gün, 19:48 Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər? Bu gün, 19:48 Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı Bu gün, 19:48 Əraqçi: İran özünü müdafiə etməyə əvvəlkindən daha hazırdır Bu gün, 19:48 Güngör Yavuzarslan: "Türkiyə-Azərbaycan qardaşlığı türk dünyasının lokomotividir" Bu gün, 18:48 Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib Bu gün, 18:48 Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir Bu gün, 18:48 Xırdalanda uşaq əyləncə mərkəzində başlayan yanğın restorana keçib - Sakinlər danışdı Bu gün, 18:48 "Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar Bu gün, 17:48 20 min manata yaxın aliment borcu olan ata həbs edildi Bu gün, 17:48 Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi Bu gün, 17:48 Səudiyyə Ərəbistanında iki Banqladeş vətəndaşı edam edilib Bu gün, 16:48 İlyas Yalçıntaş barəsində 10 ildən çox həbs cəzası tələb olunur Bu gün, 16:48 Çaylardan sel keçəcək, dolu düşəcək Bu gün, 16:48 Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib Bu gün, 16:48 Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı qərar verəcəyini açıqlayıb Bu gün, 15:48 Hindistanda yük maşını izdihamın üzərinə çırpılıb: 15 nəfər ölüb Bu gün, 15:48 Azərbaycanın nəqliyyat infrastrukturunda yeni dövrün başlanğıcı: Ödənişli yollar effektlidirmi? Bu gün, 15:48 "Qalatasaray"ın futbolçusu Rafael Leaunun zədəsinin səbəbi bəlli olub Bu gün, 14:48 Rusiya ərazisində 1015 pilotsuz uçuş aparatı məhv edilib Bu gün, 14:48 Fransada etirazlar zamanı mağazalarını qorumağa çalışan qadının görüntüləri yayıldı Bu gün, 14:48 Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq Bu gün, 14:48 İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb Bu gün, 13:48 Türkiyə millisinin müvəqqəti baş məşqçisi müəyyənləşdi Bu gün, 13:48 Almaniyada türkiyəli narkobaron silahlı şəxslərin köməyi ilə həbsdən qaçıb Bu gün, 13:48 Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb Bu gün, 12:48 Qırğızıstanda TÜRKPA-nın 15-ci plenar iclası keçiriləcək Bu gün, 12:48 Litvada dron təhlükəsi ilə bağlı qırmızı hava həyəcanı elan edilib Bu gün, 12:48 Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb: İki nəfər ölüb Bu gün, 12:48 Pezeşkian: İran heç bir ölkəyə hücum etmək niyyətində deyil Bu gün, 12:48 Türkiyə Azərbaycana Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik ünvanlayıb Bu gün, 12:48 Şouları ilə dünyaya səs salan azərbaycanlı qardaşlar: "Biz hələ də məşq edirik" Bu gün, 12:48 Holann Premyer Liqa tarixində yeni rekorda imza atıb Bu gün, 12:48 Zelenskidən sonra Ukrayna prezidentinin səlahiyyətlərini yalnız parlament sədri icra edə bilər Bu gün, 12:48 Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı Bu gün, 12:48 "Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu Bu gün, 12:48 Papa XIV Leo ağciyərindəki şişlə bağlı əməliyyatdan sonra xəstəxanadan evə buraxılıb Bu gün, 10:48 BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var Bu gün, 10:48 Polşada hava məkanının pozulması ehtimalı araşdırılır Bu gün, 10:48 Antalyadan Moskvaya uçan təyyarə Sankt-Peterburqa yönləndirilib Bu gün, 10:48 Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb Bu gün, 10:48 Kanadada hərbi bazada partlayış: Ölən və yaralananlar var Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR