9-08-2023, 18:52 1076

Adrian Mutu: “Hazırkı “Neftçi” istədiyim komandanın 60 faizi deyil”

“Hazırkı “Neftçi” istədiyim komandanın 60 faizi deyil”.

“AVESTA.AZ”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Türkiyənin “Beşiktaş” klubuna qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ərəfəsində mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Türkiyənin ən güclü komandalarından birinə qarşı bizi çətin oyun gözləyir. Azarkeşlərimiz əmin ola bilərlər ki, bu matçda yüz faiz gücümüzü ortaya qoymağa hazırıq. Üç gündən bir uğurlu çıxış etmək üçün komanda geniş heyətə malik olmalıdır. “Kəpəz”lə çempionat matçında yüz faiz gücümüzü ortaya qoymağa çalışdıq. Yorğunluq olsa belə, qələbə qazanmalı idik. Yəni bu səbəbin arxasında gizlənə bilmərik. “Beşiktaş”ın necə komanda olduğunu bilirik. Hər iki komanda öz ölkəsinin böyük komandasıdır. Avropa arenasında bu cür görüşlərdə hər şey baş verə bilər”.

O, yeni transferlər üzərində çalışmaların davam etdiyini vurğulayıb: “Müdafiənin sağ cinahı üçün Koffini transfer etmişdik. Təəssüf ki, ilk görüşdə gözlənilmədən zədələndi. Hazırda başqa bir neçə oyunçu ilə də danışıq aparırıq. Komandaya yeni futbolçular cəlb etməyə çalışırıq. Hər mövqedə rəqabətin artması üçün yeni transferlər lazımdır. Öncədən proqnozlaşdırılan komanda kimi görünmək istəmirik. Yerli çempionatda isə limit var, mütləq şəkildə 4 yerli çıxış etməlidir. Bunları da nəzərə alırıq”.

44 yaşlı məşqçi hücum xəttini gücləndirəcəklərini əlavə edib: “Hücumçu transferində gecikirik. Bir neçə maraqlı oyunçu ilə danışıq aparırıq. Müəyyən çətinliklər var. Ancaq hücum xəttinə də yaxşı futbolçular cəlb edəcəyik”.

Baş məşqçi azarkeşlərdən səbirli olmağı istəyib: “Neftçi” kimi böyük klubda hər məğlubiyyət komanda üzərində təzyiq yaradır. Fanatlar da başa düşməlidirlər ki, güclü komanda qurmaq istəyirik. Transferlərdə gecikmələrlə yanaşı, bəxtsizliklərlə də üzləşdik. Ömər Buludov, Eddi İsrafilov zədələndilər. Qarşıdakı görüşü buraxmalı olacaqlar. Azarkeşlər səbirli olsunlar, getdikcə daha güclü “Neftçi” olacağıq. Azarkeşlərimizin bizdən gözləntisinin çox olduğunu bilirəm. Amma vəziyyətə real baxmalıyıq. “Beşiktaş”la görüşdə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Reallığa baxsaq, “Neftçi” hazırda qurulmaq dönəmində olan komandadır. Biz də hər oyunda qələbə ilə azarkeşlərimizi sevindirmək istəyirik”.

Adrian Mutu təkcə Rumıniyada futbolçu axtarışında olmadıqlarını söyləyib: “Rumıniya çempionatından iki oyunçu gətirmişik. Hazırda yalnız Rumıniya bazarına köklənməmişəm. Mənim üçün ən önəmlisi odur ki, “Neftçi”yə faydalı futbolçular gətirək”.

“Neftçi”nin baş məşqçisi avrokuboklarda uğurlu çıxış üçün çempionat görüşlərinin təxirə salınmasının onlar üçün vacib olduğunu sözlərinə əlavə edib: “Sabahkı üç oyun Azərbaycana ölkə olaraq vacibdir ki, avrokuboklarda yaxşı nəticələr qazanılsın. Fürsətdən istifadə edib çempionatı təşkil edən qurumdan da anlayışlı olmağı istəyirəm ki, avrokubok oyunlarına daha enerjili hazırlaşa bilək. Avrokuboklarda uğurlu olmaq istəyiriksə, dincəlməyə də vaxt ayırmaq lazımdır”.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü saat 21:00-da başlayacaq.

Paylaş

Xəbər lenti

Bu qidalar beyin damarlarının zədələyə bilər Bu gün, 00:48 Zəngilanın azad edilməsindən 6 il ötür Bu gün, 00:48 Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib? Bu gün, 00:48 Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib Dünən, 23:48 TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır Dünən, 23:48 Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub Dünən, 23:48 Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI Dünən, 23:48 Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək Dünən, 23:48 Dərs saatları dəyişdirilə bilər? - YENİ TƏKLİF Dünən, 23:48 Mask ara seçkilərdə respublikaçılara 200 milyon dollardan çox ianə edib Dünən, 23:48 Alyona Əliyeva Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılış mərasimindən paylaşım edib Dünən, 22:48 Şimali Koreya Rusiya ilə münasibətlərini "məğlubedilməz" adlandırıb Dünən, 22:48 Tanınmış həkim dünyasını dəyişdi Dünən, 22:48 Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi Dünən, 22:48 Həkim soyuqdəyməyə səbəb olan 3 vərdişi açıqladı Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb Dünən, 22:48 Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib Dünən, 22:48 Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Rəşad Mahmudov: "Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır" Dünən, 21:48 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu Dünən, 21:48 Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb Dünən, 21:48 İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır Dünən, 21:48 Çıxarışsız evlərə böyük MÜJDƏ: Dövlət qeydiyyatı ilə bağlı YENİ TƏKLİF Dünən, 21:48 ARDNF hansı ölkələrin istiqrazlarına daha çox investisiya yatırıb? Dünən, 21:48 Sankt-Peterburqda beş nəfərdə meymunçiçəyi aşkarlandı Dünən, 21:48 Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur Dünən, 21:48 ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb Dünən, 20:48 "Mançester Siti" rekord xalla cəzalandırıla və Premyer Liqanı tərk edə bilər – MEDİA Dünən, 20:48 Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib Dünən, 20:48 TÜRKPA Qadın Parlamentarilər Qrupunun 5-ci iclası keçirilib Dünən, 20:48 ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq edib Dünən, 20:48 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib Dünən, 20:48 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb Dünən, 19:48 Rusiya və İran Rəşt-Astara dəmir yolu layihəsini müzakirə ediblər Dünən, 19:48 Azərbaycanın sağlamlıq turizmi "Kurort" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Özbəkistanda təbliğ edilib Dünən, 19:48 Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər Dünən, 19:48 Azərbaycanda kimlərə nə qədər dəfn pulu verilir? - MƏBLƏĞLƏR Dünən, 19:48 Azərbaycan Yunanıstana təbii qaz ixracını 18 %-dən çox artırıb Dünən, 19:48 Səhiyyə sahəsində islahatlar: Hansı yeniliklər olacaq? Dünən, 19:48 Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik" Dünən, 18:48 "Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir Dünən, 18:48 ARDNF infrastruktur fondlarına investisiyaları 2 dəfədən çox artırıb Dünən, 18:48 Azərbaycan və BƏƏ pilotlarından havada döyüş manevrləri Dünən, 18:48 Leyla Əliyeva Türkmənistanda səfərdədir Dünən, 18:48 Azercell-in yubiley lotereyasında Fakturasız xətt abunəçiləri üçün hər həftə 7 iPhone və bir Toyota Corolla Cross uduşa çıxarılır! Dünən, 18:48 Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib Dünən, 18:48 Kənd yumurtası baha, fabrik yumurtası ucuz - Səbəbi açıqlandı Dünən, 18:48 "Falçılıq" adı altında dələduzluq edən kişi saxlanılıb Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR