17-08-2023, 13:56 431

Ermənistanın baş naziri Nikol Paşinyan öz hesabına daha bir uğursuzluq yazdı. BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycana qarşı qətnamə və yaxud qərar qəbul etdirmək istəyi növbəti dəfə fiasko ilə üzləşib. Düzdür, məsələnin ali orqanda müzakirəsi belə ədalətsiz olsa da, hər halda fövqəldövlətlərin erməni fitnəkarlığına uymaması da mühüm nəticə hesab edilə bilər. Bununla da, Paşinyanın və baş diplomatı Ararat Mirzoyanın birgə şou yaratmaq arzuları ürəklərində qalıb.

Nikol ümid edirdi ki, hakimiyyətə gəlişinin beşinci ildönümündə (2018-ci il avqustun 17-si – “AVESTA.AZ”) fövqəldövlətlər beynəlxalq hüquq normalarını pozub Azərbaycana qarşı ədalətsiz qətnamə və yaxud bəyanat qəbuluna nail olacaq. Lakin sən saydığını say, gör BMT TŞ nə sayır! Bir daha təsdiq olundu ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Əks təqdirdə, onlar belə bir şansı əldən verməzdilər. Sözsüz ki, Nikol Paşinyan və komandasının BMT TŞ-ni Azərbaycana qarşı çevirmək səyləri erməni təbliğatına və ideologiyasına ciddi zərbə olacaq.

Şuranın çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır. Lakin TŞ-nin üzvü olan bir neçə dövlət, o cümlədən, Fransa növbəti dəfə riyakarcasına anti-Azərbaycan mövqeyi ortaya qoyub. Bu ölkənin BMT-dəki daimi nümayəndəsi Natali Estival-Brodhörst heç bir fakt ortaya qoymadan iddia edib ki, Qarabağda yaşayan ermənilər blokada vəziyyətinə salınıb, Laçın yolu ilə ermənilərin maneəsiz gediş-gəlişi üçün problem yaradılıb, eyni zamanda, o, “Qarabağın erməni sakinlərinin hüquqlarının qorunmasını” irəli sürüb.

Fransa təmsilçisi, həmçinin bölgədə davamlı sülhə sadiq olduqlarını və Qarabağ ermənilərinin hüquqları da daxil, sülh danışıqlarının bərpasını istədiyini deyib. Fransız nümayəndə bütün etiket qaydalarını pozaraq, keçmiş Minsk qrupunun keçmiş həmsədr dövləti olduğuna da əhəmiyyət verməyərək, erməniyönümlü yox, sırf erməni nümayəndə kimi özünü göstərib. Lakin ötən ilin dekabrında olduğu kimi, bu dəfə də uğursuzluğa düçar olan Fransa və Ermənistanı BMT TŞ fakt qarşısında qoydu. Bu fakt da Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsidir. Ümid etmək olar ki, iki müttəfiq dövlət bir daha bu tip cəfəngiyyat dolu tələblərlə çıxış etməzlər. Üçüncü cəhd sonuncu olacaq. Reallıq odur ki, Fransanın Azərbaycana qarşı bütün platformalarda düşmən münasibəti sistematik xarakter alıb. Düzdür, onun ermənipərəst mövqedən çıxış edəcəyi gözlənilən idi, erməni kimi danışmaq və mövqe ortaya qoymaq riyakarlığın, Azərbaycanafob siyasətin pik həddi idi.

Beləliklə, BMT TŞ-də Ermənistan və onun qədər canfəşanlıq edən Fransanın Azərbaycana qarşı iddiaları rədd edilib. Bəs, bu fiasko və uğursuzluq Fransa xarici siyasəti üçün hansı anlama gəlir? İlk növbədə, son illər Afrikadan tutmuş, dünyanın bir çox ölkələrində üzləşdiyi uğursuzluqların sırasına daha birini də əlavə edə bilər. Azərbaycan hər vəchlə Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin olunmasına çalışsa da, bir sıra dövlətlər öz maraqlarından çıxış edərək bölgədə vəziyyətin gərginləşməsinə, sülh müqaviləsinin imzalanmasına qarşı çıxır. Birinci yerdə də Fransa gəlir. Günbəgün də fransız siyasətinin çirkin mahiyyəti üzə çıxır. Bu günlərdə Fransa xarici işlər naziri Ketrin Kolonnanın erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı da bu mövqeyə sadiq qaldığını sübut etdi. Dəfələrlə qeyd edildiyi və açıq şəkildə nümayiş etdirildiyi kimi, Laçın yolunda heç bir blokada yoxdur. Son 30 ildə azərbaycanlıların kütləvi surətdə evlərindən didərgin salınmasına, onlara qarşı hərbi cinayətlər törədilməsinə heç vaxt əhəmiyyət verməyən Fransanın indi Ermənistana və onun tabeliyində olan separatçı rejimə canfəşanlıqla dəstək verməsi onu deməyə əsas verir ki, bu ölkə regionda öz vicdansız siyasətini həyata keçirir.

Qeyd edək ki, Ketrin Kolonna da dəfələrlə oxşar qərəzli bəyanatlar verib. Azərbaycana səfəri zamanı vəziyyətlə yerində tanış olmaq üçün əla fürsət olsa da, əvəzində erməni dostları ilə sərhədə getmək, oradakı səfirliyində hərbi missiyanın yaradıldığını elan etmək qərarına gəlib və sonra regional səfərdə Azərbaycan əleyhinə bəyanatlar verib. Fransanın nümayiş etdirdiyi mövqe açıq şəkildə göstərir ki, bu ölkə Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində vasitəçi ola bilməz, çünki onun bütün səyləri regionda gərginliyin saxlanmasına yönəlib.

Emmanuel Makronun prezident olduğu Fransa daxili problemlərlə məşğul olmaq əvəzinə Cənubi Qafqazın sularını bulandırmağa davam etsə də, heç bir uğur qazana bilmir. Göründüyü kimi, bu ölkənin rəhbərliyi xarici siyasət sahəsindəki səs-küylü uğursuzluqlardan hələ də heç bir nəticə çıxarmayıb. Bunun da nəticələri bu gün Fransanın təsir zonasından sürətlə uzaqlaşan Afrikada özünü açıq-aşkar hiss etdirir.

Beləliklə, bu gecə TŞ-də yaşanaları, ilk növbədə, Makronun, rəsmi İrəvanın və şəxsən baş nazir Nikol Paşinyan və onun baş diplomatı Mirzoyan üçün ağır məğlubiyyət hesab etmək olar. Paşinyan ümid edirdi ki, Fransa fövqəldövlətlərə təsir etməklə, hakimiyyətinin beşinci ildönümündə ona ciddi bir “hədiyyə” təqdim edə biləcək. Lakin bu ümidi də puç oldu. Ümid etmək olar ki, Ermənistan hakimiyyəti heç olmasa üçüncü uğursuzluqdan nəticə çıxaracaq. İrəvan anlamalıdır ki, yeganə yol sülh danışıqlarına getmək, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqdan keçir. O da, himayədarları da başa düşməlidir ki, Azərbaycanın müstəqil və prinsipial siyasətinə qarşı qurulmuş istənilən çoxkombinasiyalı təxribata, hücuma qarşı ölkəmizin hər zaman alternativ planı və cavabı var. BMT-də həyata keçirilməyə çalışılan şantaj planının da puça çıxarılması bunun əyani sübutu oldu.

Paylaş

Xəbər lenti

Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR