
İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində "Neftçi"nin yarımfinal oyunu baş tutub.
"AVESTA.AZ" xəbər verir ki, "ağ-qaralar" reytinqə görə Melilya mərhələsinin bir nömrəli komandası olan Çin millisi ilə üz-üzə gəlib və rəqibini 17:13 hesabı ilə məğlub edərək finala yüksəlib.
Azərbaycan təmsilçisi həlledici görüşdə Niderland - İspaniya cütünün qalibi ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 23:15-də baş tutacaq.
İspaniyada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində "Neftçi"nin 1/4 final oyunu baş tutub.
"AVESTA.AZ" xəbər verir ki, ABŞ millisi ilə qarşılaşan "ağ-qaralar" matça üstün başlayıb və yekunda rəqibi üzərində 17:14 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Finala gedən yolda Azərbaycan təmsilçisi Çin millisi ilə görüşəcək.
Matç Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.