
Rusiyanın Rostov vilayətinin Volqodonsk rayonunda ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə regionun qubernatoru Vasili Qolubev bildirib.
“Təxminən bir saat öncə Volqodonsk rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması sonucunda dördü uşaq olmaqla 8 nəfər ölüb. Vilayət yol polisinin rəhbərləri olay yerinə gedib, İstintaq Komitəsinin istintaq qrupu fəaliyyət göstərir, hadisənin səbəbləri müəyyənləşdirilir”, - vilayət başçısı diqqətə çatdırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.