
“Ukraynada seçkilərin keçirilməsi yalnız müharibənin bitməsindən sonra mümkündür”.
“AVESTA.AZ” xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov xarici KİV-ə müsahibəsində deyib.
O bildirib ki, döyüşlərin davam etdiyi vaxtda seçkilərin keçirilməsi çox çətindir: “Belə ki, dövlət istisnasız olaraq bütün vətəndaşların səsverməsini təmin etməlidir. Müharibə vaxtı bunu etmək isə çox çətindir. Ona görə də biz qanunlarımıza, Konstitusiyamıza uyğun hərəkət edəcəyik”.
Qeyd edək ki, müharibə başlamasaydı, Ukraynada bu ilin oktyabrında parlament, 2024-cü ilin martında isə prezident seçkiləri keçirilməli idi.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.