28-08-2023, 21:01 536

Qərbi Azərbaycan Xronikası: Nijde və Andranikin quldur dəstələri azərbaycanlıları kluba toplayıb diri-diri yandırmışdılar

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

“AVESTA.AZ” xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Telli Pənahqızı olub.

O, Qərbi Azərbaycanın Vediabasar mahalının Böyük Vedi kəndindən, uşaqlıq və yeniyetməlik illərini keçirdiyi qədim yurd yerimizdən geniş söhbət açıb. İllər boyu tarixi torpaqlarımıza həsrət qaldığımızı diqqətə çatdıran T.Pənahqızı daim o yerlərin xəyalı ilə yaşadığını vurğulayıb.

Əməkdar mədəniyyət işçisi T.Pənahqızı qeyd edib ki, yurd, el-oba sevgisi heç vaxt insanı tərk eləmir: “Biz doğma torpaqlarımıza mütləq qayıdacağıq. Qərbi Azərbaycandan soydaşlarımızı dəfələrlə deportasiya edib, kütləvi qırğınlara məruz qoyublar. Amma bir müddət sonra insanlarımız təkrar o yerlərə qayıdıblar. Çünki Vətən sevgisi insanı tərk eləmir. Nijde və Andranikin silahlı dəstələri 1918-ci ildə kəndlərimizi, o cümlədən Qarabağları viran qoyub, azərbaycanlıları qətlə yetirib, talançılıqla məşğul olublar. Sanki bizdən Abasqulu bəy Şadlinskinin heyfini çıxıblar. Qarabağlar kəndində iclas adı ilə azərbaycanlıları bir kluba doldurub diri-diri yandırıblar. Üstündən illər keçsə də, faciəvi hadisənin baş verdiyi həmin ərazidə ot da bitmirdi. Sonrakı illərdə də daim ermənilərin bizə qarşı soyuq münasibətini hiss etmişik”.

Prezident təqaüdçüsü T.Pənahqızı deyib ki, vaxtilə babasının ailəsi də deportasiyaya məruz qalıb, məcburən öz kəndlərini tərk edib: “Müəyyən vaxt keçəndən sonra geri qayıdanda görüblər ki, evlərini ermənilər zəbt ediblər. Babam xəstəlik tapıb və vəfat edib, nənəmgil günlərlə küçədə gecələməli olublar. 1948-53-cü illərin deportasiyasından sonra 1960-cı illərə təsadüf edən səssiz köç də baş verib. Ermənilər azərbaycanlılara elə şərait yaradıblar ki, insanlar ailələrinin, uşaqlarının gələcəyi naminə səssizcə Vətənlərini tərk edib indiki Azərbaycana pənah gətiriblər. Atam 37 yaşı olanda mədəsindəki adi xəstəliklə əlaqədar əməliyyat üçün İrəvandakı xəstəxanaya aparılıb, cəmi iki gün sonra onun meyitini gətiriblər. 1988-ci il hadisələrində isə silahlı ermənilər kəndlərimizə basqın edib əhalini zorla evlərindən çıxarıblar. Ermənilər bir çox iblisvari hərəkətlərə yol verməklə azərbaycanlıları tarixi torpaqlarından didərgin salıblar”

El-oba həsrətini, yurd nisgilini daim öz yaradıcılığında nümayiş etdirən T.Pənahqızı bildirib ki, indi başlıca hədəf Qərbi Azərbaycana qayıtmaqdır: “Azərbaycan Prezidenti İlham Əliyev təkbaşına bir ordunun işini görür. O, 44 günlük Vətən müharibəsində sadəcə ermənilərlə deyil, dünya erməniliyi ilə, onların havadarları ilə mübarizə apardı. Bu gün biz işğaldan azad olunan Qarabağa qayıdırıqsa, bu, Azərbaycan xalqının və onun liderinin, Müzəffər Ali Baş Komandanının uğurudur, qələbəsidir. Biz hamımız onun ətrafında birləşərək çəkici bir yerə vurmalı, həmrəylik nümayiş etdirməliyik. Hazırda isə bizim ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıtmaqdır. Bu qayıdışın təmin olunmasında Azərbaycan qadınlarının, analarımızın da üzərinə böyük məsuliyyət və iş düşür. Onların təlim-tərbiyəsi, övladlarına aşıladıqları Vətən sevgisi sayəsində, əminəm ki, böyük köç geri qayıdanda gənclərimiz ön sıralarda olacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 28-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR