29-08-2023, 12:44 523

Komissiya sədri:

"Fransada hələ də bir çox insan anlamayıb ki, Azərbaycan 30 il bundan əvvəl itirdiyi torpaqları geri qaytarıb".

Bu fikirləri "AVESTA.AZ"un yerli bürosuna Fransanın Piyada əleyhinə minaların təmizlənməsi üzrə Milli Komissiyasının sədri Jerar Şenel (Gerard Chesnel) bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh ən vacib məsələdir:

"Paris bu məsələdə Bakı və İrəvan arasında vasitəçilik edə bilər. Lakin əsas odur ki, hər iki tərəf sülh istəsin. Tərəfin bir-birinə inamı olduğu halda, davamlı sülhə nail oluna bilər".

J.Şenel hesab edir ki, Sovet İttifaqının süqutu zamanı respublikaların müəyyən edilmiş sərhədləri qüvvədə qalmalıdır: "Ümumiyyətlə, sərhədərə heç zaman toxunulmamalıdır. Azərbaycanın sərhədləri Ermənistan tərəfindən pozulmuşdu və Bakı da işğal olunmuş torpaqlarını geri qaytarıb. Bu mənə Fransanın 1914-cü ildə nəyin bahasına olursa-olsun Elzas və Lotaringiyanı geri qaytarmaq istəyini xatırladır. Sonda Fransa öz torpaqlarını geri qaytardı. İnsanların öz torpaqlarını geri qaytarmaq istəklərini başa düşmək lazımdır. Lakin Fransa bu torpaqları geri qaytarmaq üçün 4 il müharibə etdi və milyonlarla insan həlak oldu. İndi Azərbaycan ilə Ermənistan arasında müharibə bitib, hər iki tərəfin ortaq mövqeyini öyrənmək lazımdır. Sovet İttifaqı dağılmazdan öncə hər iki xalq birlikdə yaşayıb, işləyib. Həmin vəziyyətə yenidən qayıtmaq lazımdır. Buna nail olmaq vaxt və böyük səy tələb edir. Lakin bu mərhələdə digər ölkələr nə Azərbaycanı, nə də Ermənistanı qızışdırmamalıdır. Öz maraqları naminə heç bir tərəfi bir-birinə qarşı qoymamalıdır".

Milli Komissiyanın sədri bildirib ki, Fransada hələ də Azərbaycan ilə Ermənistan arasında olan problemin mahiyyətini başa düşməyən insanlar var: "O insanlar hələ də anlamayıblar ki, geri qaytarılan ərazilər 30 il bundan öncə itirilən torpaqlardır. Halbuki, burada söhbət heç də uzaq tarixdən getmir. Biz XIX əsrdə olanlardan yox, yalnız 30 il bundan əvvəl olanlardan danışırıq. Təəssüflər ki, bilməməzlik Fransada əsl problemə çevrilib. Bu insanlar məsələ barədə çox az məlumata malikdirlər".

J.Şenel Fransadakı erməni diasporunun mənfi roluna da toxunub: "Fransada erməni diasporu çoxluq təşkil edir. Həm də güclü təsir gücünə də malikdirlər. Erməni mənşəli fransızlar çoxsaylı olduqları üçün deputatlar onların səslərini itirməməyə çalışır. Əks təqdirdə seçilmələri çətin olar. Bu səbəbdən də deputatlar öz seçki dairələrində yaşayan ermənilərlə yaxşı münasibətlər qurmaqda maraqlıdırlar".

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR