29-08-2023, 15:29 510

Ermənistan-İran-Hindistan əməkdaşlığı - İrəvan özünə yeni ağa axtarır - ŞƏRH

Ermənistan bütün sahələrdə uğursuzluqlarla üzləşib - xaotik, nizamsız addımlar atır, nə yaxın, nə də uzaq perspektiv üçün hesablanan populist gedişlərlə gündəmdə olmağa çalışır. Bu dəfə də özünə yeni “yiyə” və müttəfiq axtarışına çıxıb. Erməni mediası və siyasiləri artıq bir müddətdir ki, Dehli-Tehran-İrəvan münasibətlərini tirajlayır, iki ölkəni bağlayan tellərdən dəm vurur. İranla bağlı məsələ aydındır - fars-erməni əməkdaşlığı illərdir davam edir, Tehran Ermənistan üçün 30 il “nəfəslik” rolunu oynayıb və proses davam edir. Hindistana gəldikdə isə ən optimist ekspert və müşahidəçilər belə onun perspektivsizliyini qabardırlar. Erməni tərəfi isə hər vəchlə belə bir görüntü yaratmağa çalışır, hətta Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanı il ərzində ikinci dəfə Hindistana yollayır.

Hətta Hindistanın Baş naziri Narendra Modinin Yunanıstana səfərindən özünəməxsus formada yararlanmağa çalışır, hökumət başçısının Hindistan-Yunanıstan-Ermənistan “geosiyasi oxu” yaratmağa çalışdığını iddia edirlər. Sual edirlər ki, nədən 40 il ərzində Yunanıstana heç bir Baş naziri səfər etməyən Hindistan indi belə bir səfəri reallaşdırır. Ermənilərin fantaziyası bitib-tükənmir və iddia edirlər ki, Türkiyə-Azərbaycan-Pakistan birliyinə qarşı İrəvan-Dehli-Afina birliyinin yaradılması gündəmdədir. Bu cəfəng iddianı isə ermənilərdən başqa heç kim dilə gətirmir. Səfər sadəcə iki ölkə arasında münasibətlərə həsr olunub. Hansısa regional məsələlərin müzakirə olunmadığı vurğulanır. Yunanıstan sadəcə Hindistanın bir sıra beynəlxalq məsələlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasında daima yer əldə etmək məsələsində dəstəkləyən ölkə olub. Yunanlar Hindistanın Avropaya qapısı kimi çıxış etmək istəyir. Yəni erməni tərəfinin iddiası əsassızdır və yalanlar üzərində qurulub. Eyni zamanda gələn il Hindistanda parlament seçkiləri keçiriləcək və Modinin aktiv xarici siyasət kursu aparması da bununla bağlıdır.

Ermənistan hakimiyyəti özünə təsəlli verir ki, Hindistanla əməkdaşlığı gücləndirməklə dünyanın ən çox əhalisi olan ölkənin dəstəyini qazanacaq, lakin yanılırlar. Birincisi, hər bir ölkənin qüdrəti, ilk növbədə, onun iqtisadiyyatı ilə bağlıdır. Hindistan da əhali sayına görə dünyada ilk yerlərdə qərarlaşsa da, yoxsulluq içindədir. İkincisi, Hindistan Ermənistandan uzaq məsafə yerləşir. Düzdür, iki ölkə İrana ümid etsə də, bu ölkənin son illər fəaliyyəti onu deməyə əsas verir ki, Tehran İrəvanla irimiqyaslı layihələrə ciddi önəm vermir. Ortaya atdığı layihələrin heç birinin reallaşmaması da bunu deməyə əsas verir. Üçüncüsü, Fransanın təhriki ilə Ermənistanla əməkdaşlığa gedən Dehli özü belə mövqeyində yekdil deyil. Silah satışına gəldikdə, ermənilərə verilən texnika köhnədir.

Ermənistanın baş naziri Nikol Paşinyan Hindistandan ucuz qiymətə keyfiyyətsiz silah alıb erməni cəmiyyətinə bunu “ordunu gücləndirirəm” formasında sırımağa çalışır. İstəyir, əhali görsün ki, guya ordunu bərpa edir, hərbi sahədə işlər aparır və s. Amma burada əsaslı bir şey yoxdur. Nə müharibə etmək iqtidarındadır, nə aldıqları silahlar müasir silahlardır. Dördüncüsü, Ermənistanın yaxın Türkiyəni qoyub uzaq Hindistanla əməkdaşlığa üz tutması növbəti uğursuzluğuna işarədir. Halbuki Türkiyədə seçkilərdən sonra hər kəs ümid edirdi ki, iki ölkə yaxın zamanlarda bu istiqamətdə ciddi addımlara başlayacaq və bu, ermənilərin Qərbə inteqrasiya prosesini sürətləndirəcək. Beşincisi, Ermənistanın xarici siyasət kursu hazırda bütün fəaliyyətini bir ölkənin diktəsi və fəaliyyəti üzərində qurub. Təbii ki, bu da Fransadır. Elə Ermənistan-Hindistan-İran geosiyasi üçbucağını qurmaq xəyalı da məhz Parisdən qaynaqlanır. Yəni Fransa bu məsələdə ola bilsin lokomotiv rolunu oynayıb. Rəsmi Paris Hindistanı uzaq və perspektivsiz, yoxsul Ermənistanla əməkdaşlıq xətti götürməyə məcbur edir. Məsələ ondadır ki, Parislə Dehlini silah alqı-satqısı əməkdaşlığı birləşdirir. Hindistanı ermənilərlə əməkdaşlıq etməyə məcbur edən də məhz Fransa, daha dəqiq ifadə etsək, Emmanuel Makronun uğursuz, “uzaqgörən” siyasətidir.

Yeri gəlmişkən, erməni cəmiyyətində Hindistanla əməkdaşlığı rişxəndlə qarşılayan, belə bir əməkdaşlığın perspektivsizliyinə işarə edənlər də tapılır. Onların qənaətincə, Ermənistan Hindistana yox, Çinə üstünlük verməlidir. Qərblə deyil, İran, Rusiya ilə yanaşı, Çinlə əməkdaşlıq etməli olduğu önə çəkilir. Məsələn, erməni politoloq Qriqor Balasanyan hesab edir ki, ölkənin xilası məhz qeyd etdiyi “geosiyasi üçbucaqda”dır. “Qərb son beş ildə sübut etdi ki, etibarlı tərəfdaş ola bilməz. Bu, Fransaya da aiddir. Çünki bu ölkə 2020-ci ildə Azərbaycana peyklər verib və müharibədə də onlardan istifadə edib. Avropanın bizi qorumaq üçün marağı sıfırdır. Azərbaycanı qorumaq üçün isə motivləri kifayət qədərdir - qaz və ən birincisi, qarşıdan qış gəlir”.

Beləliklə, ermənilərin xarici siyasət kursunu uzaq Hindistana tuşlaması rəsmi İrəvanın növbəti uğursuzluğuna gətirib çıxaracağı şübhəsizdir. Ermənistan hakimiyyəti bu layihəyə ümidlə baxa bilər, lakin əsas məsələ ondadır ki, zaman onun əleyhinə işləyir. Hər keçən gün də onun üçün şansların itirilməsi deməkdir.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR