2-09-2023, 02:34 426

Yayın əvvəlindən Rusiyaya hücum edən dronların sayı hər ay iki dəfə artmağa başlayıb

Avqust ayında Rusiya və Krım ərazisi azı 152 dronla hücuma məruz qalıb. Bu, iyuldakından (80) iki dəfə, iyundakından (40) isə, demək olar, dörd dəfə çoxdur.

“AVESTA.AZ” xəbər verir ki, hesablamanı “Agentstvo” nəşri aparıb.

Nəşr yalnız sərhəd bölgələrindən kənarda (Ukrayna ilə sərhəddən 20 km məsafədə) yerləşən hücumları təhlil edib. Bunun kiçik dron hücumlarını ciddi hazırlıqla müşayiət olunan ciddi hücumlardan ayırmaq üçün edildiyi vurğulanıb. Bu cür hücumlarda azı 425 dron iştirak edib. Bununla belə, Rusiya ərazisinə gələn PUA-ların ümumi sayı bu rəqəmi üstələyir. Belə ki, avqustun 31-də RBC Rusiya hakim orqanlarının hücumlarla bağlı bütün açıqlamalarını təhlil edərək onların sayının 511 olduğunu deyib.

“Agentstvo” qeyd edib ki, dron hücumları, demək olar ki, gündəlik hal alıb: avqust ayında yalnız altı gün olub ki, dron hücumu barədə məlumat verilməyib.

Hücumlardan ən çox zərər çəkmiş ərazilər 2014-cü ildə anneksiya edilmiş Krım və Sevastopoldur ki, burada keçən ilin iyun ayından azı 209 dron uçub. Sadəcə avqustun 25-də Rusiya Müdafiə Nazirliyi 42 PUA-nın eyni anda hücum etdiyini açıqlamışdı.

İkinci yeri azı 49 dronun uçduğu Moskva regionu (paytaxt Moskva və Moskva vilayəti) tutur. Azı 31 dron Bryansk vilayətinə, 24-ü Belqorod vilayətinə uçub.

Ümumilikdə dronlar 19 regiona hücum edib. Ən uzaqməsafəli hücum avqustun 30-da Ukrayna ilə sərhəddən 700 km məsafədə yerləşən Pskov hava limanına dronun zərbə endirməsi olub. 2022-ci ilin dekabrında isə Tu-141 “Strij” dronları Ukrayna ilə sərhəddən təxminən 500 km aralıda yerləşən Saratov vilayətindəki Engels aerodromuna iki dəfə uça bilib.

PUA-ların hücumu nəticəsində azı 9 mülki şəxs ölüb, 11 nəfər yaralanıb.

Qeyd olunub ki, hesablamalarda yalnız rəsmilər tərəfindən açıqlanan həmlələr, həmçinin foto və ya video ilə təsdiqlənən hücumlar nəzərə alınıb. Dronların sayı məlum olmadığı təqdirdə, onlar 1 dənədən hesablanıb.

Paylaş

Xəbər lenti

Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR