
Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə iki ölkə arasında hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklər.
Avesta.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, liderlər, həmçinin Ukraynadan taxılın daşınmasına dair Birgə Koordinasiya Mərkəzinin fəaliyyəti ətrafında da fikir mübadiləsi aparacaqlar.
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan avqustun 5-i Rusiyaya səfər edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.