4-09-2023, 21:13 637

Qərbi Azərbaycan Xronikası: “Bizim evimizdə ən qorxulu, vahiməli ifadə

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

“Report”xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Əməkdar incəsənət xadimi, şair-dramaturq, görkəmli ictimai-siyasi xadim Hidayət Orucov olub.

O, doğulub boya-başa çatdığı Zəngəzur mahalının Muğru bölgəsinin Maralzəmi kəndindən, uşaqlıq, yeniyetməlik, gənclik illərindən söhbət açıb. Bildirib ki, Maralzəmidə keçirdiyi günlər ən əziz xatirə kimi bu gün də yaddaşındadır. O, babası Sultan Yüzbaşının Zəngəzurun sayılıb-seçilən ağsaqqallarından, hörmətli şəxsiyyətlərindən olduğunu, 1918-ci ildə ailəsi ilə birlikdə deportasiya edildiyini, sovet hakimiyyəti qurulduğu illərdə təkrar Maralzəmiyə qayıtmaq üçün hazırlıq gördüyünü, Bahar çayına düşərək həlak olduğunu söyləyib. Vurğulayıb ki, nənəsi Zinət xanım, anası Süsənbər xanım o dövrlərdə ailənin yaşadığı çətinlikləri, şahidi olduqları erməni vəhşiliklərini uşaqlarına, nəvələrinə nəql ediblər.

“Bizim evimizdə ən qorxulu, vahiməli ifadə "köç" sözü idi”, - söyləyən H.Orucov qeyd edib ki, hər il başa çatanda anası Süsənbər xanım əlini göyə açıb şükür edirmiş ki, bu il öz dədə-baba yurdlarından didərgin düşməyiblər, zorla köçürülməyiblər. H.Orucov 1948-53-cü ilin deportasiyasında ailəsinin zorla köçürülməsini, çoxsaylı məşəqqətlərə qatlaşdığını dilə gətirib.

Qərbi Azərbaycanda təhsil aldığı müddətdə, “Sovet Ermənistanı” qəzetində, İrəvan Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başladığı dövrlərdə ermənilərin azərbaycanlılara qarşı münasibətindən söhbət açan H.Orucov deyib ki, hər addımda ayrı-seçkiliyi, azərbaycanlılara yanaşmada dözümsüzlüyü hiss ediblər.

H.Orucov İrəvanda Azərbaycan teatrının yaranmasından, bunun tarixi əhəmiyyətindən, onun fəaliyyətindən, sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyevin teatr kollektivinə dəstəyindən də danışıb: “İrəvanda Azərbaycan teatrının yaranması böyük tarixi hadisədir. Bu mədəniyyət ocağının tarixi həm də onun göstəricisidir ki, Azərbaycan türkləri bu yerlərin əsl sakinləridirlər, mədəni, ictimai-siyasi sferada böyük tarix yazıblar, yaradıblar. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinə ulu öndər Heydər Əliyevin daim dəstəyi var idi. Biz həmişə bu dəstəyi üzərimizdə hiss edirdik. Ümumiyyətlə, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbər vəzifəyə gəlməsindən sonra Ermənistanda azərbaycanlılara qarşı təhdid və təzyiqlər nisbətən azalmışdı. Amma ayrı-seçkilik yenə də özünü göstərirdi. Misal üçün, azərbaycanlı kadrları Ermənistanda işlə təmin etmirdilər. Onlar da məcbur qalıb Azərbaycana gedir, orada işləyirdilər. Azərbaycanlılara məxsus yer adlarını, toponimləri dəyişir, erməni adları qoyurdular. Bunun özü də bir təzyiq, tarixi saxtalaşdırmaq cəhdi idi. İndiki Ermənistan ərazisində dövlət səviyyəsində çoxsaylı toponim cinayətləri törədilib. Bunun kimi çoxsaylı faktlar sadalamaq olar”.

H.Orucov 1988-ci ildə erməni millətçilərinin azərbaycanlılara qarşı deportasiya siyasətinə ilk etiraz edən ziyalı kimi Ermənistan SSR-in “Əməkdar mədəniyyət xadimi” fəxri adından imtina etməsindən də danışıb. Bildirib ki, xalqına qarşı olan qeyri-insani münasibət fonunda belə bir fəxri adı daşıya bilməz, vicdanı rahatlıq tapa bilməzdi. Qərbi Azərbaycan İcmasının fəaliyyətinə, Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə toxunan H.Orucov vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarımıza dair çıxışları, səsləndirdiyi fikirləri, qəbul etdiyi qərarları ilə xalqımızın tarixi yaddaşını yeniləyir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 4-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR