
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə avqustun 21-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.
Avesta.az DİM-in saytına istinadla xəbər verir ki, bu gün saat 17:00-a olan məlumata görə, 510 (BA - 136, BB - 374) nəfər qeydiyyatdan keçib. Qeydiyyat avqustun 11-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.