
Xaçmaz rayonun Armudpadar kəndi ərazisində -Xaçmaz-Quba yolunun 3-cü km-də dəhşətli yol qəzası bsş verib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Quba istiqamətində hərəkətdə olan gedən "KamAZ"markalı yük maşını "BMW" və "Toyota Prado"markalı minik avtomobilləri ilə toqquşub.
Nəticədə "BMW"-nin sürücüsü, 37 yaşlı Quba sakini Zaur Quliyev hadisə yerində, "Toyota Prado"nun sürücüsü, Xaçmaz sakini olan 60 yaşlı Cəlil Güləhmədov isə Xaçmaz Rayon Mərkəzi xəstəxanasında ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.