
Füzuli rayonunun Əhmədbəyli kəndində kafe yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən xəbərə görə, ümumi sahəsi 300 m² olan kafenin yanar konstruksiyaları və içərisindəki əşyalar 48 m² sahədə, yaxınlıqda ümumi sahəsi 72 m² olan birmərtəbəli mağazanın dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb.
Yüksək temperaturdan mağazanın xarici divarına quraşdırılan kondisioner qismən əriyib. Kafenin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.