8-09-2023, 11:44 495

Azərbaycanda uzun illər bağlı qalmış 3 qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən birgə fəaliyyət həyata keçirilir.

"Report" xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış bir neçə xüsusilə ağır-qəsdən adam öldürmə cinayətlərinin üstü açılıb.

Belə ki, 1998-ci il il fevralın 7-də Qərib İbadova odlu silahdan naməlum şəxs tərəfindən atəş açılaraq qəsdən öldürülməsinə cəhd edilməsi, həmin il iyunun 20-də isə Ramiz Nadirovun naməlum şəxs tərəfindən odlu tapança silahından atılan atəşlər nəticəsində qəsdən öldürülməsi faktları üzrə cinayət işləri başlanıb.

Toplanmış sübutlarla hər iki əməlin eyni şəxs tərəfindən törədilməsi ehtimal olunduğundan cinayət işləri bir icraatda birləşdirilərək ibtidai istintaqın davamı Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Bundan başqa, 2001-ci il dekabrın 6-da Bakı-Qazax yolunun sol tərəfində, dərənin içində, üzərində zorakılıq əlamətləri olan paltarsız naməlum kişi meyitinin aşkar edilməsi faktı üzrə başlanmış cinayət işi istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

İstintaq zamanı naməlum kişi meyitinin Dadaş Hüseynova məxsus olması, Dadaş Hüseynovun isə Qərib İbadovla Ramiz Nadirova qarşı törədilmiş cinayətlərin icraçısı olmasına əsaslı şübhələr müəyyən edilib.

Belə ki, 1 saylı Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsində işləmiş Vahid Haşımovun pul müqabilində sürücü-mühafizəçisi Qulu Muxtarova Qərib İbadov və Ramiz Nadirovu öldürülməsini sifariş etməsinə, bu “sifariş”-lərin isə Dadaş Hüseynov tərəfindən pul müqabilində icra olunmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla, həmçinin, Qulu Muxtarovun törədilmiş cinayət əməllərindən xəbərdar olmaqla onu sonradan icra etdiyi cinayətlərə görə əlavə pul almaq üçün hədələyən Dadaş Hüseynovu 2001-ci il dekabrın 3-də Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Vahid Haşımov (sifarişmi) və Qulu Muxtarov (icraçı) cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Mirələm Seyidəliyev və Mətləb Fərzaliyevin vəfat etmələri nəzərə alınmaqla, qanuna müvafiq qərarlar qəbul edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir, qeyd olunan cinayət əməllərinin törədilməsində iştirakı olmuş bütün şəxslərin istintaqa cəlb olunması təmin ediləcək.

Baş Prokurorluq tərəfindən ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət davam etdirilir.

Paylaş

Xəbər lenti

Əməkdar artistin 38 yaşlı oğlu ilə rəqs etdiyi anlar Bu gün, 15:48 Dünya çempionatı: Uşanqi Kokauri finalda, Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq Bu gün, 15:48 Camal Qamzatxanov Bakıda keçirilən dünya çempionatında bürünc medal üçün tatamiyə çıxacaq Bu gün, 15:48 Azərbaycan və Qazaxıstanın birgə vençur fondu dövlət qeydiyyatına alınıb Bu gün, 15:48 Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb Bu gün, 15:48 Ağdaşda "Kənddən Şəhərə" yarmarkası təşkil olunur Bu gün, 15:48 Ronaldo Portuqaliya millisindən uzaqlaşdırıldı Bu gün, 15:48 Şərif: İslamabad və Bakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq Bu gün, 15:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçılarının Laçına səfərləri başa çatıb Bu gün, 15:48 Bakıda iki sərnişin avtobusu toqquşdu Bu gün, 15:48 Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib Bu gün, 15:48 Məktəbdə qalmaqal: Yüksək bal toplayan müəllim niyə kənarda qaldı? Bu gün, 14:48 Şahbaz Şərif İlham Əliyevə zəng edib Bu gün, 14:48 Qadını şantaj edən gənc həbs olundu Bu gün, 14:48 Dünya çempionatı: Uşanqi Kokauri 1/4 finala vəsiqə qazanıb Bu gün, 14:48 Şahbaz Şərif "ASAN xidmət"in Pakistanın bölgələrində tətbiqinə Azərbaycandan dəstək istəyib Bu gün, 14:48 Elməddin Ağayev: "Ermənilər kuklaların içərisinə mina qoymuşdular" Bu gün, 14:48 Dünya çempionatı: Camal Qamzatxanov yarımfinala yüksəlib Bu gün, 14:48 Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu Bu gün, 14:48 III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub Bu gün, 14:48 Dünya çempionatı: Uşanqi Kokauri Kənan Nəsibovu üstələyərək yarımfinala adlayıb Bu gün, 14:48 Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı Bu gün, 14:48 Dünya çempionatı: Kənan Nəsibov bürünc medal uğrunda yarışacaq Bu gün, 14:48 İsmayıllıda ev və köməkçi tikili yanıb Bu gün, 13:48 Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatının 1/8 finalına yüksəlib Bu gün, 13:48 "Tanrının adamları" işıq üzü gördü Bu gün, 13:48 Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq Bu gün, 13:48 Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb Bu gün, 13:48 Camal Qamzatxanov dünya çempionatında 1/8 finala yüksəlib Bu gün, 13:48 MDB-də sədrlik Azərbaycanın çoxtərəfli diplomatiyasında yeni imkanlar açan mərhələdir - RƏY Bu gün, 13:48 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir Bu gün, 13:48 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib Bu gün, 12:48 Lüks mənzil bazarının gizli qaydaları: Məxfi satışlar və uzunmüddətli sövdələşmələr - Foto Bu gün, 12:48 Filippinli səyyah: İnfrastrukturun inkişafı Qarabağa daha çox xarici turist cəlb edəcək Bu gün, 12:48 Dünya çempionatı: Madina Kaisinova mübarizəni dayandırdı Bu gün, 12:48 Qərbi Azərbaycanın tarixi izləri: Xancığaz kəndinin keçmişi və bugünü Bu gün, 12:48 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib Bu gün, 11:48 Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər Bu gün, 11:48 Kəlbəcərə qar yağıb, Yardımlıya dolu düşüb - FAKTİKİ HAVA Bu gün, 11:48 Bakıda cüdo üzrə dünya çempionatı: Yeddinci yarış gününün təqvimi Bu gün, 10:48 Masazırda 4 maşın yandı - ANBAAN VİDEO Bu gün, 10:48 Lənkəranın bir sıra kəndlərinə dolu düşüb Bu gün, 10:48 Bu gün Aida İmanquliyevanın doğum günüdür Bu gün, 10:48 Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü Bu gün, 10:48 "Zirə" "Şamaxı" ilə, "Sumqayıt" isə "Qəbələ" ilə qarşılaşacaq Bu gün, 09:48 Tramp Putinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllinə inanmadığını bildirib Bu gün, 09:48 Luis Enrikenin qızı qəza keçirib - Bir nəfər ölüb Bu gün, 09:48 Laçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR