
İdman Arbitraj Məhkəməsi (CAS) futbolçu Bəhlul Mustafazadənin transferi ilə bağlı “Sabah” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu arasında olan mübahisəli məsələ ilə bağlı qərar verib.
"AVESTA.AZ" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, CAS “Əl-Əyn”in şikayətini təmin etməyərək, FİFA-nın daha öncə Azərbaycan klubunun xeyrinə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.
Qərarda “Əl-Əyn” klubunun 2021-ci ildə bağlanmış müqaviləyə əsasən Bəhlul Mustafazadənin transferi üçün nəzərdə tutulmuş məbləği “Sabah”a ödəməli olduğu qeyd edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.