
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili siyasətdən gedəcəyini bildirib.
Avesta.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə onun vəkili Valeri Qelbaxiani açıqlama verib.
Vəkil vurğulayıb ki, eks-prezident sədri olduğu Vahid Milli Hərəkat Partiyasını da tərk edir.
Qeyd edək ki, M.Saakaşvili səhhəti pisləşdiyi üçün mayın 12-də köçürüldüyü “Vivamed” özəl klinikasında müalicəsini davam etdirir.
Gürcüstanın eks-prezidenti 2021-ci il oktyabrın 1-də ona qiyabi olaraq verilən iki hökm əsasında saxlanılıb. O, məhkəmədə 6 il həbs cəzası alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.