10-09-2023, 06:09 502

Zəlzələ Mərakeşdə muzey və məscidlərə ciddi ziyan vurub 

Sentyabrın 8-də axşam saatlarında Mərakeşin cənubunda baş verən zəlzələ təkcə yaşayış binalarına və infrastruktura deyil, həm də ölkənin məşhur muzey və məscidlərinə ciddi ziyan vurub. Bu, fəlakətin episentrinə ən yaxın şəhər olan beynəlxalq əhəmiyyətli turizm mərkəzi və krallığın mədəniyyət paytaxtı olan Mərakeşin timsalında ən aydın şəkildə görünür.

“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, zəlzələ nəticəsində 1985-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məşhur orta əsr məhəlləsində (mədinə) çoxlu binalar dağılıb.

Bir çox orta əsr binalarının və mədəniyyət obyektlərinin, ekzotik restoranların və dizayner geyim mağazalarının cəmləşdiyi mədinədə hər yerdə dağılmış divarlar və uçmuş fasadlar görmək olar. Şənbə günü UNESCO-nun nümayəndə heyəti bu kvartalda olub.

“Bizim təşkilatımız irsə və təhsilə dəyən zərərin qiymətləndirilməsində, binaların təhlükəsizliyinin təmin edilməsində və bərpaya hazırlıqda Mərakeş hakimiyyətinə kömək edəcək”, - Təşkilatın baş direktoru Odri Azule sosial şəbəkədə qeyd edib.

Lakin bəzi ekspertlər artıq etiraf edirlər ki, Mərakeşin mədəni, tarixi və memarlıq irsinə çox ciddi ziyan dəyib. Belə ki, 2001-ci ildə UNESCO-nun şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş məşhur Cəmaa-əl-Fna meydanındakı Xarbuş məscidinin minarəsi, demək olar, tamamilə uçub. Mərakeşin simvollarından birinin - XII əsrdə tikilmiş və Məğribdə dini tikililərin etalonu kimi tanınan Qütbiyyə məscidinin 69 metrlik minarəsi zədələnib.

Mərakeş Milli Muzeylər Fondunun (MMF) prezidenti Mehdi Qütbinin sözlərinə görə, zəlzələ qədim evlərdə saxlanılan maddi irsin bir hissəsini məhv edib. XIX əsrin ikinci yarısında tikilmiş, hazırda Milli Xalçaçılıq Muzeyinin yerləşdiyi və müxtəlif dövrlərə aid zəngin keramika kolleksiyasının saxlanıldığı Dar-Si-Səid sarayına ciddi ziyan dəyib.

“Muzeyin keramika kolleksiyasının böyük hissəsi zədələnib”, - Qütbi etiraf edib və əlavə edib ki, eksponatların çoxu qırılıb.

Dar Si Saiddə, Dar-əl-Başa Muzey Kompleksində (“Paşanın evi”) və Qeyri-Maddi İrs Muzeyində təbii fəlakət çatların yaranmasına səbəb olub. Bununla belə, sözügedən son iki yerdəki eksponatlar salamat qalıb.

“Mərakeş muzeyləri köhnə binalarda, Dar-Si-Səid və Dar-əl-Başada olduğu kimi, saraylarda yaradılıb, keçmiş dövrün vasitələri və texnologiyalarından istifadə edilərək tikilib”, - Qütbi izah edib.

Artıq binaların durumunun diaqnostikası və dəymiş ziyanın qiymətləndirilməsi işlərinə başlanılıb. MMF xaricdən minlərlə nümayəndəni cəlb edəcək Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun Mərakeşdə birgə iclasının keçiriləcəyi 2023-cü ilin oktyabr ayının birinci yarısına qədər zədələnmiş muzeyləri təmir edib ziyarətçilərin istifadəsinə verməyi planlaşdırır.

Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Krallığın Daxili İşlər Nazirliyinin son məlumatına görə, təbii fəlakət nəticəsində 2 012 nəfər həlak olub, 2 059 nəfər yaralanıb.

Paylaş

Xəbər lenti

İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR