
Rusiyanın Kamçatka diyarının Berinq adasının sahilində 6,1 maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
“Zəlzələnin maqnitudası – 6,1”, - məlumatda qeyd olunub.
Bildirilib ki, seysmoloji hadisənin episentri adadakı Nikolskoye kəndindən 40 km aralıda, Sakit okeanda olub. 2023-cü ilin məlumatına görə, adanın əhalisi 624 nəfərdir.
un məlumatına görə, təbiət hadisəsi kənddə hiss olunub: sakinlər güclü silkələnmədən evlərini tərk etməli olublar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.