
Meksikada turist avtobusu uçuruma aşıb, 10 nəfər ölüb.
"AVESTA.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, avtobus San Luis Potosi-Guadalajara magistral yolunda uçuruma düşüb.
Qəza zamanı 10 turist həyatını itirib, daha 18 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedicilər cəlb olunub, yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.