
Türkiyənin Antalya şəhərinin Korkuteli rayonunda sərnişin avtobusu idarəetmədən çıxaraq dərəyə yuvarlanıb, çoxlu sayda yaralı var.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtobusunda olan 25 nəfərdən 10-u nəfər xəsarət alıb.
Hadisə yerində xilasedicilər və həkimlər işləyir.
Sürücü polis bölməsinə aparılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.