
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova sentyabrın 15-də Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.
Qəbul saat 12:00-dan etibarən Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 2) keçiriləcək.
Qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər (012) 5109333 və (055) 4652368 nömrəli telefonlarla və ya [email protected] elektron ünvanı vasitəsilə, həmçinin qurumun Lənkəran Ərazi İdarəsinə (telefon: (050) 3692043, elektron ünvan: [email protected]) 13 sentyabr saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.