
"Sabah" basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
"AVESTA.AZ" paytaxt təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, 32 yaşlı latviyalı hücumçu Artyoms Butyankovsla 1 illik müqavilə imzalanıb.
O, karyerası ərzində Latviyanın “Valmiera”, “Ventspils”, “Betsafe Liepaya”, “VEF Riqa”, “Yurmala Feniks”, Niderlandın “Donar Qroningen” və İtaliyanın “Givova Scafati” klublarında çıxış edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.