18-09-2023, 18:48 18

Azərbaycanda “Energetika haqqında” yeni qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə olunub.

Bu barədə "AVESTA.AZ"a Milli Məclisin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bu qanun layihəsi bu gün keçirilən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin payız sessiyasında ilk iclasında müzakirə olunub. Sənədi diqqətə çatdıran Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev bildirib ki, 6 fəsil, 28 maddədən ibarət qanun layihəsi “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamının icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli Sərəncamının 1-ci hissəsinin icrası məqsədilə hazırlanıb.

Qeyd olunub ki, layihənin məqsədi energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarının, habelə enerji təhlükəsizliyinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, davamlı iqtisadi inkişafın dəstəklənməsi, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsi mexanizmlərinin müəyyən edilməsindən ibarətdir. Bildirilib ki, sənəd hazırlanarkən respublikamızda bazar iqtisadiyyatının mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri, beynəlxalq təcrübə, o cümlədən Avropa ölkələrinin qanunvericiliyi araşdırılıb və nəzərə alınıb.

İclasda ölkəmizdə ekoloji vəziyyətə dair fikirlər səslənib, bu sahədə olan problemlər, onların həllinə yönəlmiş tədbirlərdən söhbət açılıb. Çıxışlarda qlobal iqlim dəyişikliklərinin törətdiyi fəsadlardan danışılıb, bəzi statistik rəqəmlər diqqətə çatdırılıb, su resurslarının düzgün idarə olunmasının aktuallığından bəhs edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sektorunun müdiri Əkbər Əsgərov “Hacıqabul gölünün reabilitasiyası” mövzusunda təqdimatla çıxış edib. O, gölün ekoloji problemləri, keçirilən monitorinqlər, aparılan ölçmələrin nəticələri, gölün bərpası istiqamətində nəzərdə tutulan işlər barədə məlumat verib.

Sonra komitə üzvü Fatma Yıldırım sahibsiz itlərlə bağlı məsələyə toxunub. O, bu sahədə mövcud vəziyyət, yaranan problemlərin aradan qaldırılması, sahibsiz heyvanlara nəzarət mexanizmlərinin yaradılması, bununla bağlı qanunvericilik sisteminin təkmilləşdirilməsinə dair fikirlərini açıqlayıb.

Komitənin sədri Sadiq Qurbanov bu məsələnin aktuallığından danışaraq, onun daim komitənin diqqət mərkəzində olduğunu bildirib, mövzu ilə əlaqədar gələcəkdə də aidiyyəti qurumlarla müzakirələrin aparılacağını söyləyib.

Paylaş

Xəbər lenti

İOC Paris olimpiadasında idmançıların hicab taxması ilə bağlı məsələyə aydınlıq gətirib Bu gün, 14:58 MN: "Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik" Bu gün, 14:57 Selcuk Bayraktar: “Azərbaycanlı gənclər “Bayraktar” şirkətində süni intellekt üzərində işləyirlər” Bu gün, 14:48 Azərbaycanda pul bazası 18 milyard manatdan aşağı düşüb Bu gün, 14:47 Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 10 milyard dollara yaxınlaşıb Bu gün, 14:45 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər - YENİLƏNİB Bu gün, 14:45 Cəlilabadda ağır yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB Bu gün, 14:44 Elşad Hacıyev: "Azad edilən ərazilərimiz 30 il ərzində cinayətkar məqsədlər üçün geniş şəkildə istifadə edilib" Bu gün, 14:39 Xocalıda narkotik plantasiyası aşkarlanıb Bu gün, 13:53 Anar Quliyev: "Böyük Qayıdış Proqramı çərçivəsində ərazi planlaşdırma sənədləri təsdiq edilib" Bu gün, 13:52 DTX Türkiyə və Pakistana başsağlığı verib Bu gün, 13:50 Rüstəm Orucov təxribat xarakterli çıxış edən erməni idmançıya cavab verib Bu gün, 13:49 Türkiyə Ermənistandakı Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün hərəkətə keçib Bu gün, 13:48 Şuşada III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək Bu gün, 13:44 Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olunub Bu gün, 13:36 Bu il Bakıda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb Bu gün, 13:35 Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək Bu gün, 13:31 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər Bu gün, 13:31 Azərbaycan millisinin voleybolçusu Rumıniyada gümüş medal qazanıb Bu gün, 12:59 Cəlilabadda ağır yol qəzası olub, xəsarət alanlar var  Bu gün, 12:59 Deputat: "Təəssüf ki, Azərbaycanda hər təşkilat özünə uyğun qiymət müəyyənləşdirir" Bu gün, 12:55 Xəzər dənizində Azərbaycan-Qazaxıstan birgə hərbi təlimləri başlayıb Bu gün, 12:51 ANAMA: "Antiterror tədbirlərindən sonra bəzi kritik ərazilərdə minatəmizləmə işləri aparılır" Bu gün, 12:50 “Dekolonizasiya: Sakit İnqilab” konfransında yekun bəyanat qəbul edilib, Fransaya tələb irəli sürülüb Bu gün, 12:49 Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər Bu gün, 12:48 Azərbaycan Ümumdünya Poçt Konvensiyası və “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə qoşulacaq Bu gün, 12:47 Türkiyəli nazir: "Ermənistanla Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr gedir" Bu gün, 12:46 "SİMA İmza" ilə başqasının sənin adından sənəd imzalamasının qarşısını al! Bu gün, 12:45 AQTA qeydiyyatdan keçmədən qida daşıyan şirkətlərə xəbərdarlıq edib Bu gün, 11:51 Azərbaycan Prezidenti: "Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik" Bu gün, 11:51 Ekspert: "Dünyada dövlət satınalmaları sistemi yenilənməlidir" Bu gün, 11:50 Deputat: "Qarabağ və Şərqi Zəngəzur tezliklə dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək" Bu gün, 11:50 UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib Bu gün, 11:47 Azərbaycanda matəm günlərinin təqvimdən çıxarılması təklif olunur Bu gün, 11:46 Prezident İlham Əliyev: "Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik" Bu gün, 11:43 Tural Gəncəliyev: "Ümid edirik ki, revanşist qüvvələr bütün baş verənlərdən nəticə çıxaracaqlar" Bu gün, 11:41 Rəşad Sadıqov Premyer Liqada baş məşqçi kimi 100-cü oyununu keçirib Bu gün, 11:37 Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİB-2 Bu gün, 11:35 Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib” Bu gün, 09:57 “Sabah”ın yeni kapitanı: “Əsas hədəf qrupda birinci yer tutmaqdır” Bu gün, 09:55 Meksikada kilsənin uçması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB Bu gün, 09:52 UEFA avrokubokların formatını dəyişmək və Superliqa yaratmaq istəyir Bu gün, 09:41 Ukrayna “Bayraktar”ın təkmilləşdirilmiş versiyasını əldə edə bilər Bu gün, 09:41 İsmayıllıda 35 yaşlı kişi intihar edib Bu gün, 09:39 Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin irqçi yanaşmasını sərt şəkildə qınayıb Bu gün, 09:38 “Sabah” FİBA Avropa Kubokunda ilk oyununa çıxacaq Bu gün, 09:36 Azərbaycan banklarının yeni strateji planını hazırlamaq üçün 6 ay vaxtı var Bu gün, 09:32 Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti bəlli olub Bu gün, 09:19

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR