19-09-2023, 17:50 544

Ermənilərin Xocavənddə törətdiyi terror aktı və Azərbaycan Ordusunun antiterror tədbirləri ilə bağlı birgə brifinq keçirilib - YENİLƏNİB

Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minanın partlaması ilə törədilən terror aktı və Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı birgə brifinq keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, brifinqdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov iştirak ediblər.

Brifinqdə ermənilərin törətdiyi terror aktı ilə bağlı məlumat verilib.

DTX-nin mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov sentyabrın 19-da Xocavənddə baş verən terror aktını xatırladaq bildirib ki, erməni silahlı birləşmələrinin törətdikləri cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

DİN-in Mətbuat Xidməti İdarəsinin rəis əvəzi Elşad Hacıyev qeyd edib ki, Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı ölkənin bütün ərazilərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində mümkün təxribat, təhdid, hər hansı hüquqazidd hallarla bağlı qəti tədbirlərin görülməsi ilə bağlı Azərbaycan polisinə, Daxili İşlər Nazirliyinə, şəxsi heyətə göstəriş verilib.

Brifinqdə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov vurğulayıb ki, cinayət törədən şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacaqlar. Onun sözlərinə görə, cinayət işləri ilə bağlı müvafiq qurumların peşəkar əməliyyat istintaq qrupları tərəfindən istintaq aparılır.

DSX-nin Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov isə əlavə edib ki, hazırda dövlət sərhədində bütün istiqamətlər üzrə əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir.

"Dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə tərəfimizdən zəruri tədbirlər görülür. Baş verə biləcək təxribat əməlləri ilə əlaqədər DSX tərəfindən dərhal adekvat və sərt cavab tədbirləri görüləcək", - deyə o vurğulayıb.

17:14

Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minanın partlaması ilə törədilən terror aktı və Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı birgə brifinq keçirilir.

"AVESTA.AZ" xəbər verir ki, brifinqdə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev, Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin rəisi Avtandil Abbasov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov iştirak edir.

Brifinqdə ermənilərin törətdiyi terror aktı ilə bağlı məlumat verilir.

Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Bundan başqa, sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində polis serjantları Ələsgər Əsgərov, Seyfi Abdullayev və Elşən Həsənov həyatını itirib.

Həmçinin, mina partlayışı nəticəsində AAYDA-nın 2 əməkdaşı - 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlu həlak olublar.

Xatırladaq ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Paylaş

Xəbər lenti

Şuşa döyüşünün iştirakçısı: Məktəbli qızın məktubda qalib gələcəyinizə inanırıq deməsi əlavə motivasiya idi – müsahibə Bu gün, 15:48 Bakı metrosundan istifadə edən sərnişinlərin sayı bu qədər azaldı Bu gün, 15:48 Moskva hava limanlarında 370-dən çox uçuş təxirə salındı Bu gün, 15:48 Manuel Noyer zədə səbəbindən "Bavariya"nın növbəti matçını buraxacaq Bu gün, 15:48 Ukrayna Silahlı Qüvvələrindəki xarici muzdluların sayı açıqlandı Bu gün, 15:48 Emrahın keçmiş həyat yoldaşı: "Ayrılıq qərarını mən verdim" Bu gün, 15:48 Bakıda keçirilən NATO təlimi başa çatıb Bu gün, 14:48 Ölkədə bir ədədi 1300 manata satılan siqarlara maraq artır: Bəs kimlər alır? Bu gün, 14:48 İbrahim Tatlısesin model gəlininin evini su basdı Bu gün, 14:48 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb Bu gün, 14:48 Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb Bu gün, 13:48 Fuad Muradov Yunanıstandakı azərbaycanlılarla diaspor fəaliyyətinin yol xəritəsini müzakirə edib Bu gün, 13:48 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı Bu gün, 13:48 Azərbaycanı İƏT XİN Şurasının iclasında Yalçın Rəfiyev təmsil edir Bu gün, 13:48 Azərbaycan ADB və IMF ilə əməkdaşlığı müzakirə edib Bu gün, 13:48 Ermənistan və Qırğızıstan Göyçə gölü ilə bağlı sənəd imzaladılar Bu gün, 13:48 Ronaldo yeni biznes qurur: 10 milyon avro sərmayə qoyub Bu gün, 13:48 XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur Bu gün, 12:48 FIFA U-20 dünya çempionatının brendi Bakıda nümayiş etdirilib Bu gün, 12:48 Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb Bu gün, 12:48 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı Bu gün, 12:48 Bu ölkədə 5,6 bal gücündə zəlzələ oldu Bu gün, 12:48 Vüqar Bayramov: "Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb" Bu gün, 12:48 Bakı tarixində ilk: Sumo üzrə dünya çempionatı start götürür Bu gün, 11:48 Əməkdar artist ilk dəfə nənə oldu Bu gün, 11:48 Sabiq icra başçısının oğlunun iki milyonluq əmlakını kimlər ələ keçirib? - Anası məhkəmədə danışdı Bu gün, 11:48 Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 116 dollara düşüb Bu gün, 11:48 Müğənni Bayhan dinini dəyişdirib? - AÇIQLAMA Bu gün, 11:48 Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb Bu gün, 10:48 Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək Bu gün, 10:48 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? Bu gün, 10:48 Bakıda "Changan" piyadanı vurub öldürdü Bu gün, 10:48 Azərbaycanlı məşhur "Səhra Çiçəyi"nə Dubayda klip çəkdirdi Bu gün, 10:48 Məşhur futbolçu Rusiya-Ukrayna müharibəsində həlak olub Bu gün, 10:48 Samuxda ağır yol qəzası - Avtomobil iki hissəyə bölündü, xəsarət alan var Bu gün, 09:48 İstanbulda seldə ölənlərin sayı 5 nəfərə çatdı Bu gün, 09:48 "20 Yanvar" dairəsində yenilik olacaq Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq Bu gün, 09:48 Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:48 Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatdı Bu gün, 09:48 Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı Bu gün, 09:48 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür Bu gün, 00:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Amasiya kəndinin tarixi və arxiv faktları Bu gün, 00:48 Bu hallarda insanlarda aqressiya təhlükəli həddə çatır Dünən, 23:48 Tramp Krımdan danışdı Dünən, 23:48 Filipe Kandido: "İlk 10 dəqiqə ərzində "Araz-Naxçıvan"ın qarşısını necə alacağımızı düşünürdük" Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR