19-09-2023, 18:33 27

Parlamentin Mədəniyyət komitəsinin iclası keçirilib

Milli Məclisin Mədəniyyət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

"Report" xəbər verir ki, komitə sədri Qənirə Paşayeva sessiyanın başlaması münasibəti ilə təbriklərini çatdırıb, deputatlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Komitə sədri Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatı diqqətə çatdıraraq, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda erməni separatçılarının əvvəlcədən quraşdırdıqları minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsinin sıradan çıxdığını və mülki şəxslərin həlak olduğunu bildirib. O, Daxili Qoşunların hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçuların həlak olduğunu və yarandığını söyləyib. İclas iştirakçıları torpaqlarımızın bütövlüyü naminə həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra iclasda gündəlikdəki məsələlərə baxılıb. Qənirə Paşayeva, əvvəlcə, 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabatı təqdim edib. Komitə sədri bildirib ki, hesabat dövründə komitədə 5 iclas və 2 dinləmə keçirilib. İclaslarda 8 məsələ, o cümlədən 5 qanun layihəsi müzakirə olunub. O, müzakirə olunan məsələlər arasında bəzi qanunlara dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələrinin olduğunu, bununla yanaşı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin də nəzərdən keçirildiyini deyib.

Komitə sədri yaz və növbədənkənar sessiyalar ərzində Milli Məclisin Mədəniyyət komitəsində Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi ilə birgə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı, habelə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmələrin keçirildiyini diqqətə çatdırıb.

Qənirə Paşayeva bildirib ki, ötən sessiyalar zamanı komitənin ünvanına daxil olmuş məktub, ərizə və şikayətlər baxılaraq, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Komitənin sədri tərəfindən vətəndaşlar qəbul edilib, mütəmadi olaraq seçicilərlə görüşlər keçirilib.

Qeyd edilib ki, komitə üzvləri “Heydər Əliyev İli” çərçivəsində ölkədə və xaricdə keçirilən bir çox tədbirlərdə fəal iştirak ediblər, habelə, komitənin əməkdaşlıq etdiyi qurumlarla birgə müxtəlif mövzularda təşkil olunan tədbirlərə qatılıblar, mədəniyyət xadimləri ilə bir sıra görüşlər keçiriblər.

Komitə üzvləri Cavanşir Feyziyev və Əziz Ələkbərli ölkənin mədəniyyət həyatında baş verən hadisələrlə bağlı bəzi fikirlərini açıqlayıblar.

Sonra iclasda komitənin cari ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsinə baxılıb. Qeyd olunub ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması, bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Komitə sədrinin müavini Fazil Mustafa, komitə üzvü Nizami Cəfərov, deputat Razi Nurullayev mədəniyyət sahəsinin inkişafı, bu sahəyə aid qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qeyd və təkliflərini səsələndiriblər.

Müzakirələrin sonunda Mədəniyyət komitəsində cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat məqbul hesab olunub, payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi təsdiq edilib.

Gündəliyin növbəti məsələsini - “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri bildirib ki, sənəddə uyğunlaşdırma xarakterli bəzi düzəlişlər təklif olunur. Qeyd edilib ki, layihəyə əsasən, “Mədəniyyət haqqında” qanuna yeni maddənin əlavə edilməsi nəzərdə tutulub. Əlavədə deyilir ki, qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.

Komitə üzvü Nizami Cəfərov bəzi qeydlərini bildirdikdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda çıxış edən komitə üzvü Ülviyyə Həmzəyeva ölkədə mədəniyyət sahəsinin inkişafı istiqamətində atılan addımlardan, gələcəkdə nəzərdə tutulan tədbirlərdən danışıb.

İclasın sonunda Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentdə informasiya texnologiyalarının imkanlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə parlament Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsi tərəfindən hazırlanmış yeni mobil tətbiqin təqdimatı keçirilib. Yeni proqram təminatı barədə həmin şöbənin müdiri Şahin Həsənov məlumat verib.

İclasda komitə üzvləri Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Mixail Zabelin də iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

Paylaş

Xəbər lenti

Abşeron yarımadasında qayayadırmanma üzrə açıq festival keçiriləcək Bu gün, 09:55 Tokayev Silahlı Qüvvələrin quru qoşunlarının rəhbərini dəyişib Bu gün, 08:44 Kubanın ABŞ-dəki səfirliyinə hücum olub Bu gün, 08:07 İtaliya mafiyasının bossu 63 yaşında vəfat edib Bu gün, 07:53 Rusiya Mərkəzi Bankı min və 5 min rubl nominalında yeni əskinasları təqdim edəcək Bu gün, 07:18 Dünyanın ən böyük “high-tech” şirkətləri Tailanda investisiyalarını artırıb Bu gün, 06:50 Cənubi Koreya, Yaponiya və Çin üçtərəfli sammitin bərpası üçün danışıqlar aparacaq Bu gün, 06:24 Panama kanalında gəmilərin keçidi quraqlıq səbəbindən azalıb Bu gün, 05:47 Almaniya DİN rəhbəri qaçqınların qəbulu ilə bağlı yuxarı limitin təyin edilməsinə qarşı çıxıb Bu gün, 05:18 “Nyukasl” “Şeffild”ə 8 cavabsız qol vurub və Premyer Liqada ilkə imza atıb Bu gün, 04:51 Tayvanda fabrikdə baş verən yanğında ölənlərin sayı 9 nəfərə çatıb Bu gün, 04:20 Polşanın XİN başçısı Almaniya kanslerini ölkənin daxili işlərinə qarışmaqda ittiham edib Bu gün, 03:46 Türkiyədə avtobus minik avtomobillə toqquşub, ölənlər var Bu gün, 03:20 Sofi Loren xəstəxanaya yerləşdirilib Bu gün, 02:51 La Liqa: Madrid derbisi “Atletiko”nun qələbəsi ilə başa çatıb Bu gün, 02:19 İtaliya klubunun həndbolçusu: "Kür"ə qalib gəlsək də, bəzi şeyləri düzəltməliyik" Bu gün, 01:39 Rusiyada ağır yol qəzası olub, ölənlər və yaralananlar var Bu gün, 01:02 Rusiya və Türkiyənin XİN başçılarının müavinləri Qarabağı müzakirə ediblər Bu gün, 00:45 WP: Qərb siyasətçiləri Ukraynanı prezident seçkiləri keçirməyə çağırır Bu gün, 00:12 Makron Fransanın ilin sonuna qədər Nigerdən qoşunlarını çıxaracağını bildirib Dünən, 23:41 Qərbi Azərbaycan Xronikası: Paytaxtımızda niyə Qərbi Azərbaycana aid küçə yoxdur? Dünən, 23:27 Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"da debüt edib, 2 dəqiqə sonra qol buraxıb Dünən, 23:14 Yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə komanda hesabında dünya çempionu olub Dünən, 22:57 Füzulidə 36 yaşlı qadın qətlə yetirilib Dünən, 22:47 Dünya çempionatı: Azərbaycan güləşçisi olimpiadaya lisenziya qazana bilməyib - YENİLƏNİB - 2 Dünən, 22:45 Rəisi: İran Avropa ölkələrinin hərəkətlərinə cavab olaraq uranı 60 %-ə qədər zənginləşdirir Dünən, 22:25 Mahir Emreli "Dinamo"da növbəti qolunu vurub Dünən, 22:03 OSIRIS-REx zondunun kapsulu asteroiddən alınan maddə nümunəsi ilə Yerə qayıdıb Dünən, 22:01 Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşdə uduzub - YENİLƏNİB Dünən, 21:50 Azərbaycan təmsilçisi dünya çempionatında qızıl medal qazanıb, paralimpiadaya lisenziya əldə edib Dünən, 21:45 Premyer Liqa: "Səbail" "Araz-Naxçıvan"ı məğlub edib Dünən, 21:27 Azərbaycanın daha bir güləşçisi gümüş medal əldə edib - YENİLƏNİB Dünən, 21:16 Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib Dünən, 21:15 Şuşa ətrafında Ermənistan silahlı birləşmələrinə məxsus kvadrokopter müsadirə edilib Dünən, 20:59 Qarabağdakı erməni yaraqlıları 130 minə yaxın sursat təhvil verib Dünən, 20:27 Somalidə terror aktında ölənlərin sayı 21-ə çatıb Dünən, 20:11 Gəncədə ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB Dünən, 19:52 İngiltərə Premyer Liqası: “Liverpul” ardıcıl 5-ci qələbəsini qazanıb, London derbisində heç-heçə olub Dünən, 19:50 Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq Dünən, 19:33 “Qarabağ” Marko Yankoviçlə müqavilənin müddətini uzadıb Dünən, 19:21 Premyer Liqa: "Kəpəz" səfərdə "Sabah"la heç-heçə edib Dünən, 19:04 Qarabağ bölgəsində silah-sursatın müsadirəsi prosesi davam edir Dünən, 19:03 İran kəşfiyyatı Tehranda 30 terror aktının qarşısını alıb Dünən, 19:02 "Kür"ün həndbolçusu: "Rəqib çox təcrübəli idi" Dünən, 18:47 Dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığının sportinq növü üzrə yarışlar başa çatıb Dünən, 18:41 Çində kömür mədənində yanğın olub, 16 nəfər ölüb Dünən, 18:31 Həndbol üzrə Avropa Kuboku: Azərbaycan təmsilçisi cavab oyununda da məğlub olub Dünən, 18:18 Böyük Dəbilqə: Azərbaycan cüdoçuları sonuncu gündə bir medal qazanıblar - YENİLƏNİB Dünən, 18:10

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR