15-09-2022, 18:00 859

Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib - YENİLƏNİB

Sentyabrın 15-də Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə "Report"a Milli Məclisdən məlumat verilib.

İclasın əvvəlində son günlərdə Ermənistan tərəfinin sərhəddə törətdiyi təxribatın  qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Komitə sədri Bəxtiyar Əliyev bu hadisələrlə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu təcavüzkara layiqli cavab verib.

İclasda komitə sədri qeyd edib ki, bu gün, həmçinin Bakının erməni-bolşevik işğalından azad olunması günüdür. Bu gün biz, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz birliyini də qürurla qeyd edirik.

Bəxtiyar Əliyev bu gün, həm də növbəti dərs ilinin başlandığını deyərək, Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd orta məktəbində ilk dəfə dərslərin keçiriləcəyini söyləyib.

Sonra iclasın gündəliyinə daxil olan üç məsələyə baxılıb. Komitə sədri, əvvəlcə, Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planı barədə məlumat verib. Qeyd edilib ki, növbəti sessiya ərzində “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması, komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası, digər komitələrlə birgə Milli Məclisə çıxarılacaq sənədlərin müzakirəsi nəzərdə tutulub.

Sonra Bəxtiyar Əliyev Milli Məclisin 2022-ci il yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatını təqdim edib. Qeyd olunub ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 11 məsələyə baxılıb. Bu müddətdə “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında”  qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin və digər sənədlərin müzakirəsi keçirilib. Bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub və qəbul edilib.

Diqqətə çatdırılıb ki, yaz və növbədənkənar sessiyalar ərzində komitənin sədri və  üzvləri bir sıra ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərdə, o cümlədən MDB PA-nın Elm və təhsil üzrə daimi komissiyasının iclasında,  ADA Universitetində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci “Beynəlxalq Sosial Elmlər Konqresi”ndə, Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz: İrəvandan-Zəngəzuradək” kitabının, Strateji Kommunikasiyalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə araşdırmanın təqdimat mərasimlərində iştirak ediblər.

Ötən müddət ərzində komitə üzvləri, eyni zamanda, Vətən Müharibəsi şəhidlərinin anım günlərinə həsr olunmuş tədbirlərdə mütəmadi olaraq iştirak edib, onların ailə üzvləri ilə görüşüblər.

Bildirilib ki, hesabat dövründə seçicilərin qəbulu həyata keçirilib. Deputatlara vətəndaşlardan ünvanlanmış müraciətlərə baxılıb və həll olunması üçün aidiyyəti üzrə göndərilib.

İclasda çıxış edən komitənin sədr müavini Musa Qasımlı, üzvləri İsa Həbibbəyli, Etibar Əliyev, Ceyhun Məmmədov, Tamam Cəfərova, Kamilə Əliyeva, Müşfiq Məmmədli, Rafael Hüseynov, Pərvin Kərimzadə, Fatma Yıldırım komitənin cari ilin payız sessiyası üçün iş planı, yaz və növbədənkənar sessiyalarda görülən işlər, habelə təhsil sahəsində bir sıra aktual məsələlər barədə öz fikirlərini açıqlayıblar.

Müzakirələrin sonunda Elm və təhsil komitəsinin 2022-ci il üçün iş planı təsdiqlənib, yaz və növbədənkənar sessiyaları ərzində görülmüş işlər qənaətbəxş hesab olunub.

Daha sonra iclasda “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Bildirilib ki, sənəd Azərbaycan Prezidentinin 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə uyğun olaraq hazırlanıb.

Qanunun Sertifikat xidmətləri Mərkəzinin qeydiyyata alınması və akkreditə edilməsi ilə bağlı 9-cu maddəsinə  təklif edilən əlavəyə görə, Mərkəzin qeydiyyata alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçı şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçı şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya iddiaçı şəxs tərəfindən təmin edilir.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

11.00

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk komitə iclası keçirilir.

"Report"un xəbərinə görə, komitə sədri Bəxtiyar Əliyevin sədrliyi ilə keçirilən toplantının gündəliyinə 3 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.

2. Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il yaz və növbədənkənar sessiyaları ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.

3. “Elektron imza və elektron sənəd haqqında” qanuna dəyişiklik layihəsi (birinci oxunuş).

Paylaş

Xəbər lenti

Rusiyalı milyarderlərin sərvəti 20 milyard dollar azalıb Bu gün, 11:48 Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəldi Bu gün, 11:48 Ceyhun Bayramov Bişkekdə Abbas Əraqçi ilə regional məsələləri müzakirə edib Bu gün, 11:48 Modern.az-ın fəaliyyətə başlamasından 17 il ötür Bu gün, 11:48 İlham Əliyev Bişkekdə Narenda Modi ilə görüşüb Bu gün, 11:48 "Arka Sokaklar"ın "Mesut Komiser"i qızına nişanında motosiklet hədiyyə etdi Bu gün, 11:48 Dövlət başçısı Slovakiya Prezidentini təbrik edib Bu gün, 11:48 Prezident: Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər məmnunluq doğurur Bu gün, 11:48 Prezidentin sosial media hesablarında "ŞƏT plyus" formatında iştirakına dair görüntülər paylaşılıb Bu gün, 11:48 Qəbələ-Bakı qatarının yoluna çıxan Ağdaş sakini həyatını itirib Bu gün, 11:48 Trabzonda Salahın yaşadığı küçə onun adını daşıyacaq Bu gün, 11:48 Bişkekdə ŞƏT liderləri bir araya gəldi – sammit başladı Bu gün, 10:48 İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir Bu gün, 10:48 Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 10:48 Hacı Zeynalabdin Tağıyevin vəfatından 102 il ötür Bu gün, 10:48 Çinli döyüşçü Şanxaydakı qələbədən sonra Nurmaqomedovla yaşanan insidentdən danışdı Bu gün, 10:48 Bu tarixədək şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu Bu gün, 10:48 Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı Bu gün, 10:48 "Trend" 31 yaşını qeyd edir Bu gün, 10:48 Bu rayonlarda 2 gün QAZ OLMAYACAQ Bu gün, 10:48 Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin Bu gün, 10:48 ABŞ-nin "Times" meydanında silahlı hücum: 1 ölü, 1 yaralı Bu gün, 10:48 Bakının bəzi yollarında tıxac var Bu gün, 09:48 Kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi xəstəxanada öldü Bu gün, 09:48 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Bu gün, 09:48 Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir Bu gün, 09:48 Hikmət Hacıyev və Alen Simonyan arasında görüş keçirilib Bu gün, 09:48 Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var Bu gün, 09:48 Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub Bu gün, 09:48 Bakıda hava limanında ƏMƏLİYYAT Bu gün, 08:48 Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir" Bu gün, 08:48 Şuşa-Laçın yolundakı bədbəxt hadisədə ölən şəxslərin FOTOLARI Bu gün, 08:48 İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında Bu gün, 08:48 Bakıda havanın ən çox çirkləndiyi yer bəlli oldu Bu gün, 08:48 ABŞ-nin quru qoşunları naziri istefa verdi – Pentaqonda gərginlik Bu gün, 08:48 Rəqabət Məcəlləsi gözləntiləri doğruldub? - İqtisadçılar izah edirlər Bu gün, 08:48 Mirzoyan: Rusiya Türkiyə və Azərbaycan istiqamətində dəmir yolunun bərpasının müzakirəsinə hazırdır Bu gün, 00:48 Şorgöz kimi tanınan kişi bürcləri Bu gün, 00:48 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib Dünən, 23:48 Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb Dünən, 23:48 Turizm şirkətindən şikayət etdi, rəhbər cavab verdi: "1200 manat böyük pul deyil" Dünən, 23:48 Azərbaycanda ən çox hansı serial izlənirdi? - "Mehriban düşmən" ilə başlayan serial eşqi... Dünən, 23:48 Qurban Qurbanov Kadi Borqesin qırmızı vərəqə almasına münasibət bildirdi Dünən, 23:48 "Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı Dünən, 22:48 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir Dünən, 22:48 Təzə bişmiş isti çörək kimlər üçün zərərlidir? - Həkimlər xəbərdarlıq edir Dünən, 22:48 Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR