20-09-2023, 16:41 482

Qarabağ bölgəsində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun qısamüddətli antiterror tədbirlərindən sonra silahı yerə qoyaraq təslim olmağa məcbur edildilər. Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Paralel şəkildə bütün silah-sursat və ağır texnika da təhvil verilir. Bundan əlavə, Prezident Administrasiyasının təklif etdiyi kimi, ölkə Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.

Üç ilə yaxın müddətdə Azərbaycan Ermənistan rəhbərliyi ilə dünyanın müxtəlif şəhərlərində sülh danışıqları apardı və hər dəfə də qarşı tərəf müxtəlif bəhanələr gətirib, prosesi uzatmağa çalışdı. Dünya birliyi də şahid oldu ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin reinteqrasiyası, onların problermlərinin həlli ilə bağlı çoxsaylı təkliflərlə çıxış etdi. Bəs, əvəzində nəyin şahidi olduq? Ermənistan və onun Qarabağdakı uzantıları bu təkliflərin reallaşmasına nəinki imkan verdilər, əksinə, hər vəchlə sülh danışıqlarını sabotaj etməyə, kommunikasiyaların açılmasını əngəlləməyə, regionun problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışdılar. Hətta müharibədən ötən 3 il ərzində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı terror həmlələri həyata keçirməyə çoxsaylı cəhdlər etməkdən belə çəkinmədilər, ərazilərin yenidən minalanması, yeni hərbi obyektlərin yaradılması, mühəndis qurğularının inşası, Ermənistandan silah-sursat daşınması istiqamətində fəaliyyət göstərdilər. Görünən o idi ki, Qarabağda yerləşən 10 minə yaxın qanunsuz silahlı birləşmələrin köməyi ilə növbəti təxribatlar davam edəcək. Bir sözlə, danışıqlar nəticə vermədi. Dəfələrlə qanunsuz hərbi birləşmələrin silahı yerə qoyub Azərbaycan ərazisini tərk etmək çağırışları qulaqardına vuruldu.

Xocavənddə vətəndaşlarımızın həlak olması ilə nəticələnən son terror hadisəsi isə göstərdi ki, artıq İrəvanla danışıqlar aparmaq yersizdir, müvafiq təmizləmə əməliyyatlarının vaxtı çatıb. Azərbaycan tərəfi antiterror tədbirlərə başlamazdan əvvəl Qarabağda yaşayan erməniəsilli insanlara müraciətlə çıxış etdi. Bəyan edildi ki, hədəf silahlı qruplaşmalardır, dinc sakinlər deyil. Lakin erməniəsilli sakinləri girova çevirən xunta rejiminin qalıqları çağırışa nəinki səs verib silahı yerə qoydular, əksinə, təxribatlarını davam etdirdilər. Bütün bunlar da antiterror tədbirlərinin keçirilməsini zəruri edirdi.

Nəhayət, gözlənilən tədbirlərə start verildi. Önəmli olan odur ki, Azərbaycana bu antiterror tədbirlərini başa çatdırmaq üçün cəmi bir neçə saat kifayət etdi. Qısa müddətdə onlarla hərbi texnika, obyekt və səgərlər darmadağın edildi, xeyli sayda texnika və silah sursat hərbi qənimət kimi götürüldü. Nəticədə qanunsuz hərbi birləşmələr ağ bayraq qaldırdılar...

Erməni tərəfi bu müddət ərzində hər vəchlə dezinformasiya tipli xəbərlər yayaraq, guya dinc sakinlərin hədəfə alındığını irəli sürsə də, bu dezinformasiya tipli xəbərlər Azərbaycan Müdafiə Nazirliyinin keçirdiyi brifinqlərdə tutarlı sübutlarla təkzib edildi.

Prosesdə Azərbaycanın antiterror tədbirlərinin onun qanuni haqqı olduğu bir sıra dövlətlər və media qurumları tərəfindən təsdiqləndi. Rusiya tərəfinin yaydığı açıqlama xüsusilə diqqət çəkdi. Rəsmi Moskva Qarabağın Azərbaycan ərazisi olması barədə Ermənistan rəhbərliyinin səsləndirdiyi bəyanatı bir daha xatırlatdı. Xüsusi vurğulandı ki, Azərbaycan öz torpağında qanunsuz hərbi birləşmələri zərərsizləşdirmək üçün tədbirlər həyata keçirir.

Beləliklə, ümid etmək olar ki, sentyabrın 21-də Yevlaxda baş tutacaq danışıqlarda Qarabağ erməniləri reinteqrasiya prosesinə dəstək verəcək, Azərbaycan qanunlarına tabe olacaq, qanunsuz dəstələrin tərk-silah olunmasına razılıq verəcəklər, uzun illər girovuna çevrildikləri xunta rejimindən üz döndərib sülh şəraitində yaşamağa üstünlük verəcəklər. Bundan başqa yol da yoxdur. Nəhayət, başa düşməlidirlər ki, Azərbaycan qanunlarına tabe olmalıdırlar və bu, müzakirə predmeti deyil, əsas tələblərdən biridir.

Paylaş

Xəbər lenti

Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR