
İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukraynanın Çernomorsk şəhərindən iki gəminin göndərilməsinə icazə verib.
Avesta.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Bildirilib ki, 70 min ton ərzaq yükü olan gəmilərin yola salınması bu günə planlaşdırılır.
Qeyd edək ki, avqustun 2-də Ukraynanın Odessa limanından yola düşən taxıl ilə dolu iki gəmi İstanbula çatıb. Birgə Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış keçirilib.
Bundan əvvəl Mərkəz Ukraynadan taxıl daşıyan “Polarnet” və “Rojen” quru yük gəmilərininBosfor boğazından keçməsinə icazə vermişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.