
Ukraynanın infrastruktur naziri Kubrakov taxıl dəhlizinin nə vaxt açılacağını bəyan edib.
Avesta.az xəbər verir ki, Aleksandr Kubrakov bu barədə deyib:
“Minadan təmizləmə prosesi yalnız taxıl ixracı üçün tələb olunan dəhliz boyunca aparılacaq. Bütün taxıl karvanlarını Ukraynanın xilasedici gəmiləri müşayiət edəcək. Limanlarımıza yalnız öz əsgərlərimizin nəzarət etməsi bizim üçün vacib idi, limanlarda başqa ölkələrin nümayəndələri olmayacaq. İstanbulda imzalanan taxıl dəhlizi müqaviləsinin yaxın günlərdə həyata keçirilməsini gözləyirik. Ümid edirik ki, bu həftə prosesə başlayaq”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.