
Bakı-Quba yolunda avtomobildə qıcolma keçirən körpənin köməyinə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci taqımının əməkdaşları (Saray postu) çatıblar.
Avesta xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, azyaşlının qəfildən vəziyyəti pisləşib. Valideynləri yaxınlıqda xidmət aparan YPX əməkdaşlarına müraciət ediblər.
Mövcud vəziyyətin çətinliyini görə polis inspektorları uşağı dərhal partul avtomobili ilə yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra azyaşlının həyati təhlükəsi aradan qalxıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.