5-10-2023, 20:54 480

Qərbi Azərbaycana təhlükəsiz qayıdışa böyük töhfə

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"AVESTA.AZ" xəbər verir ki, “Qərbi Azərbaycana təhlükəsiz qayıdışa böyük töhfə” adlı süjetdə bu il 19-20 sentyabr tarixində Qarabağda həyata keçirilən antiterror tədbirlərinin Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi daşıdığı, Qarabağ bölgəsində və Ermənistandakı separatçıların tör-töküntüləri üzərinə düşən öhdəliklərə əməl etmədikləri üçün reallaşdığı bildirilir.

Qeyd olunur ki, separatçılar 2020-ci il 10 noyabr bəyanatına ziddi olaraq, hələ də bölgədə Azərbaycanın təhlükəsizliyini təhdid edir, ərazi bütövlüyü və suverenliyinin pozub:

“Təkcə 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 18-dək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 48-i mülki, 13-ü hərbçi olmaqla, ümumilikdə 61 nəfər həlak olub. Bütövlükdə mina partlayışları nəticəsində 101 mülki, 152 hərbçi yaralanıb. Ermənistanın silahlı birləşmələri və regiondakı separatçıların qalıqları bu kimi qanunazidd əməlləri daim törədiblər. Elə 1988-ci ildə də Qərbi azərbaycanlıları doğma yurdlarından Ermənistan hakimiyyəti və bu cür kriminal ünsürlər deportasiya ediblər. Qərbi Azərbaycan türkləri Ermənistan vətəndaşlığından zorla məhrum ediliblər”.

Xüsusi vurğulanır ki, Azərbaycan tərəfi erməni sakinlərin təhlükəsizliyini təmin edəcəyini dəfələrlə vurğulayıb, Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bu məsələyə bir daha toxunub, erməni sakinləri yaranmış şansdan istifadə etməyə çağırıb.

Süjetdə diqqətə çatdırılıb ki, Qarabağdakı erməni sakinlər Azərbaycana inteqrasiya olunacağı kimi, Qərbi azərbaycanlıların da Ermənistan cəmiyyətinə inteqrasiyası məsələsi paralel getməlidir:

“Bu, qarşılıqlı etibarın yaranmasına və artmasına müsbət təsir göstərəcək. Dünyanın aparıcı dövlətləri və Avropa İttifaqı rəsmiləri də erməni sakinlərin təhlükəsizliyini rəsmi Bakının təmin edəcəyini vurğulayırlar. Ancaq Azərbaycan qarşısında öhdəlik qoyan bəzi dövlətlər hüququ tapdanan Qərbi azərbaycanlılarla bağlı oxşar şərtləri rəsmi İrəvan qarşısında irəli sürsələr daha yaxşı olar. Qarabağdakı erməni sakinlərin hüquqları səviyyəsində Qərbi Azərbaycan türklərinin də vətəndaş hüquqlarının və təhlükəsizlikərinin təmin olunması ilə bağlı Ermənistanda hakimiyyətin öhdəlik götürməsi labüddür. Odur ki, bütövlükdə onların vətəndaşlıq hüququ, o cümlədən mülkiyyət hüquqlarının bərpası sülh müqaviləsinin davamlı olmasına yardım edər”.

Sonda vurğulanıb ki, Rusiyanın vasitəçiliyi ilə lokal xarakterli tədbirlərin sentyabrın 20-də dayandırılması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın Qarabağ bölgəsində tam şəkildə tərk-silah olunublar:

“Bu tədbir Qərbi Azərbaycana, Qarabağa və ətraf bölgələrə təhlükəsiz qayıdış üçün böyük töhfədir. Öz yurdlarına qayıdan Azərbaycan vətəndaşları bununla da öz evlərində yaşayacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR