15-08-2022, 22:14 868

Bu ermənilərlə bağlı beynəlxalq təşkilatlara müraciət edildi

Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edən və Ermənistan Baş prokururluğu tərəfindən təqibə məruz qalan şəxslərlə bağlı Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər beynəxalq hüquq müdafiə təşkilatlarına müraciət edib.

Avesta.az xəbər verir ki, müraciətdə deyilir:

Biz Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər böyük narahatçılıq hissi ilə bildiririk ki, Azərbaycan vətəndaşlığı almaq üçün Prezident İlham Əliyevə müraciət etdiklərinə görə İşxan Verdiyan və Vahe Qəmbəryana qarşı Ermənistan Respublikasının Baş Prokururluğu tərəfindən cinayət işi açılıb. Əfsuslar olsun ki, bu kimi addımlarla Ermənistan rəhbərliyi Azərbaycan vətəndaşı kimi qanuni əsaslarla Xankəndində, eləcə də qonşu şəhər və kəndlərdə yaşamaq istəyən Ermənistan vətəndaşlarını qorxutmaq niyyəti güdürlər. Eyni zamanda rəsmi Yerevan Qarabağda yaşayan əhali arasında Azərbaycanla və azərbaycanlılarla sülh şəraitində yaşamağın zəruriliyini bəyan edən vətəndaşları “təxribatçı fəaliyyətlər” zəmnində günahlandırırlar.

Bu faktlarla Azərbaycanın sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyi sözügedən şəxslərə qarşı öz qanunsuz hərəkətləri ilə BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında paktda və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının və digər əlaqədar beynəlxalq hüquq və normalarını kobud şəkildə pozur. Belə ki, beynəlxalq insan hüquqları normalarına əsasən, hər bir kəsin azadlıq və toxunulmazlıq hüququ, hər hansı bir milli, irqi, dini, etnik və sosial mənşəyinə görə diskriminasiyaya məruz qalmamaq hüququ, hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir. Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz və buna görə təqib edilə bilməz. Eyni zamanda bu konvensiyalara əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz fikrində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan vədövlət sərhədlərindən asılı olmayaraq, məlumat yaymaq azadlığı daxildir.

Yuxarıda göstərilən faktları nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən insan hüquqları müdafiəsi ilə məşğul olan QHT-lər adından Sizə müraciət edir, Azərbaycanın regionda sülh və barış cəhdlərini əngəlləməyə çalışan Ermənistan rəhbərliyinə qarşı müvafiq tədbirlər görməyi tələb edirik.

İmzaladılar:

Novella Cəfərova - "D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" ictimai birliyinin sədri
Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyinin sədri
Səidə Qocamanlı - "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" ictimai birliyinin sədri
Əliməmməd Nuriyev - "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti
Sahib Məmmədov - Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının sədri
İlqar Hüseynli - “Sosial-strateji tədqiqatlar və analitik araşdırmalar" ictimai birliyinin sədri
Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri
Zaur İbrahimov - "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi ictimai birliyinin sədri
Günel Səfərova - Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri
Vüsalə Hüseynli - "İslahatçı qadınlar və innovasiyalar" ictimai birliyinin sədri
Əhməd Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" ictimai birliyinin sədri
Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti
Nüşabə Məmmədova - "Beynəlxalq Dialoq və İnkişaf Alyansı" ictimai birliyinin sədri
Səməd Vəkilov - "Müvəkkil Hüquq Mərkəzi" ictimai birliyinin sədri
Şahin Camalov - “İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun prezidenti
"Demokratiyanı Öyrənmə" ictimai birliyinin sədri Mirəli Hüseynov
Rəsul Cəfərov - "Bakı insan hüquqları klubu" ictimai birliyinin sədri
Hafiz Həsənov - "Hüquq və İnkişaf" ictimai birliyinin sədri
Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti
Rəfail Becanov - "İnsan Hüquqları və Maarifçilik" ictimai birliyinin sədri
Ramil İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri
Rey Kərimoğlu - Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri
Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzi ictimai birliyinin sədri
Cəsarət Hüseynzadə - "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyinin sədri
Elçin Salmanov - “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin sədri

Paylaş

Xəbər lenti

Pezeşkian 30 milyon könüllüdən kömək istəyib Bu gün, 22:48 Abbas Əraqçi Omana gedib Bu gün, 22:48 XİN Ukrayna ilə imzalanan saziş haqqında məlumat yayıb Bu gün, 21:48 Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? Bu gün, 21:48 Meksika XİN Çiuaua ştatındakı insidenti şərh edib Bu gün, 21:48 Polisdən əməliyyat: Axtarışda olan 153 nəfər saxlanılıb Bu gün, 20:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Zelenskinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb Bu gün, 20:48 Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi qızıl medal uğrunda mübarizə aparacaq Bu gün, 20:48 Azərbaycan Ukraynaya humanitar yardım olaraq beş avtobus göndərib Bu gün, 20:48 Göygöldə 62 yaşlı qadın dəm qazından boğulub Bu gün, 19:48 Mənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz Bu gün, 19:48 Azər Əkbərli vəfat etdi Bu gün, 19:48 Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu Bu gün, 18:48 "Sumqayıt" Premyer Liqanın XXIX turunda "İmişli"ni məğlub edib Bu gün, 18:48 Gözlərimizin zəifləməməsi üçün nə etməli? Bu gün, 18:48 Azərbaycanın Ukraynaya humanitar yardımı prinsipial və praqmatik siyasətin nümunəsidir - RƏY Bu gün, 18:48 Sibiqa: Azərbaycan və Ukrayna hüquqi yardım haqqında saziş imzalayıblar Bu gün, 18:48 Sahildə ev tikənlərə XƏBƏRDARLIQ: "Xəzərin məkanına girmək olmaz" Bu gün, 18:48 Azərbaycan QHT-lərindən Nyu-York merinə açıq məktub: "Milyonlarla insanın hisslərinə toxunmusunuz" Bu gün, 17:48 Məşhur aktyor "Eşref Rüya"da çəkiləcək Bu gün, 17:48 Azərbaycanın ilk moda muzeyində göz oxşayan, fərqli nümunələr Bu gün, 17:48 Dünya çempionatı: Final oyununun biletləri 2 milyon dollara satılır Bu gün, 17:48 WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq Bu gün, 17:48 Bu ölkə 28 fevraldan sonra ilk dəfə hava məkanını uçuşlara açır Bu gün, 16:48 İran komandosu ABŞ hava donanmasına atəş açdı - ANBAAN VİDEO Bu gün, 16:48 Azərbaycanın dörd boksçusu Braziliyadakı Dünya Kubokunda yarımfinala yüksəlib Bu gün, 16:48 "Sabah" Azərbaycan Basketbol Liqasının finalına yüksəlib Bu gün, 16:48 "Neftçi" və "Qarabağ"dan birgə bəyanat: Azərbaycan futbolu qələbə qazansın! Bu gün, 16:48 Albert Aqarunovun komandiri: O, əsl tankçı idi və peşəsini çox sevirdi Bu gün, 16:48 Əraqçı İranın şərtlərini Pakistan tərəfinə çatdırdı Bu gün, 16:48 Naxçıvanda Çernobıl əlillərinə avtomobil təqdim olunub Bu gün, 16:48 İtkin düşən 13 nəfər ötən gün tapılıb Bu gün, 16:48 Naxçıvanda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb Bu gün, 15:48 Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır Bu gün, 15:48 Bu tarixlərdə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ Bu gün, 15:48 Ayxan Hacızadə: Məmdaninin saxta bəyanatları qəbuledilməzdir və dərhal silinməlidir Bu gün, 15:48 Nikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər? Bu gün, 15:48 Türkiyənin bu şəhərinə güclü qar yağdı Bu gün, 15:48 Bakı ilə Kiyev arasında humanitar yardım oxşar problemlərin mövcudluğuna işarədir - RƏY Bu gün, 15:48 Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 14:48 Şirvan polisindən ƏMƏLİYYAT: Saxlanılanlar var Bu gün, 14:48 İlham Əliyev: "Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir" Bu gün, 14:48 İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir" Bu gün, 14:48 Marko Yankoviç: Hakim mənə dəfələrlə "Rədd ol" dedi Bu gün, 14:48 Naxçıvanda sərxoş kişi avtomobilini yandırdı Bu gün, 14:48 Volodimir Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 14:48 Volodimir Zelenski: "Ukrayna Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsinə hazırdır" Bu gün, 14:48 Azərbaycan və Pakistan süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR